Almaniya "Şimal axını"nda partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib
Almaniya "Şimal axını"nda törədilən partlayışlarda şübhəli bilinən şəxsin həbsinə order verib.
Sizinxeber.az “Süddeutsche Zeitung” qəzeti ARD telekanalı və “Die Zeit” qəzetinin birgə araşdırmasına istinadən xəbər verir ki, Almaniya Baş Prokurorluğu “Şimal axını” və “Şimal axını 2” boru kəmərlərinin partladılmasında əli olmaqda şübhəli bilinən ukraynalı dalğıc təlimatçısının həbsinə order verilib.
Nəşrin yazdığına görə, söhbət Ukrayna vətəndaşı, sualtı üzgüçülük məktəbinin əməkdaşı Vladimir. Ç-dən gedir, onun bu yaxınlarda Polşada yaşadığı bildirilir. Məlumata görə, Vladimir Ç. hazırda gizlənib. Almaniya prokurorluğu, aralarında qadının da olduğu daha iki ukraynalı dalğıc təlimatçısını "Şimal axını"nda təxribatda iştirakda şübhəli bilir. Ehtimal olunur ki, hər 3 şəxs Almaniya istintaqının diqqət mərkəzində olan "Andromeda" yelkənli yaxtasının ekipajının bir hissəsi ola bilər.
Oxşar xəbərlər
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
