Zaporojye AES-in enerji təchizatı kəsilib, AEBA nüvə riskləri barədə xəbərdarlıq edib
Ukraynadakı Zaporojye AES bu gün səhər saatlarında xarici elektrik mənbəyindən tamamilə ayrılıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) bəyanatında deyilir.
Məlumata görə, səhər saatlarında Zaporojye AES-i təmin edən sonuncu xarici elektrik xətti də sıradan çıxıb və stansiya tam şəkildə xarici enerji təchizatını itirib.
Bildirilir ki, təhlükəsizlik sistemlərinin işləməsini təmin etmək üçün ehtiyat dizel generatorları avtomatik olaraq işə düşüb. Obyektdə daimi fəaliyyət göstərən agentliyin komandası vəziyyəti nəzarətdə saxlayır.
“Xarici elektrik təchizatının yenidən itirilməsi münaqişə şəraitində nüvə təhlükəsizliyi üçün risklərin nə qədər yüksək olduğunu göstərir”, — AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.
Oxşar xəbərlər
AEBA rəhbəri Rafael Qrossi Zaporojye AES-ə gedib
Qrossi "Rosatom" rəhbəri ilə görüşüb
AEBA missiyası Kursk AES-ə baş çəkəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
