KİV: Ukraynaya NATO nizamnaməsinin 5-ci müddəasına bənzər təhlükəsizlik zəmanəti təklif olunub
sizinxeber.az xəbər saytı

KİV: Ukraynaya NATO nizamnaməsinin 5-ci müddəasına bənzər təhlükəsizlik zəmanəti təklif olunub


Ukraynaya NATO ölkələrinin sahib olduğuna bənzər təhlükəsizlik zəmanəti təklif edilib.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı anonim mənbələr “AFP”yə məlumat verib.

Məlumata görə, təklif ABŞ prezidenti Donald Tramp, Ukrayna lideri Volodimir Zelenski və Avropa dövlət başçılarının birgə onlayn söhbətində edilib.

Belə ki, Rusiya prezidenti Vladimir Putinin razılıq verdiyi və NATO nizamnaməsinin 5-ci müddəasına bənzər bir zəmanət Ukraynaya təklif edilib.

Qeyd edək ki, NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, bloka üzv olan ölkələrdən birini qarşı hücum baş versə, bütün üzvlər hücuma məruz qalmış ölkənin hərbi müdafiəsinə qalxmalıdır.

Oxşar xəbərlər

Tramp: Ukraynaya göndərilən Amerika silahlarının ödənişini NATO müttəfiqləri edəcək
NATO Ukraynaya milyardlarla dollar yardım hazırlayır
Zelenski Ukraynada ABŞ və Avropa ölkələri ordularının yerləşdirilməsini təklif edib
ABŞ Ukraynaya hərbi yardımı dayandırmaq qərarını NATO ilə məsləhətləşmədən verib
Tramp Ukraynaya milyardlarla dollar dəyərində hərbi yardım vəd edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər