Qrossi: Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkar edilib
sizinxeber.az xəbər saytı

Qrossi: Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkar edilib


İranın Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.

Sizinxeber.az xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin rəhbəri Rafael Qrossi deyib.

O bildirib ki, Natanz şəhərindəki nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.

Qurum nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirməsi üçün İrana ekspertlər göndərməyə hazırdır.

Agentlik rəhbəri həmçinin bildirib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.

Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu deyib.

Oxşar xəbərlər

Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
Rafael Qrossi İrana səfər edib
Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib
Lukaşenko Rafael Qrossi ilə nüvə təhlükəsizliyi məsələsini müzakirə edib
Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər