Cənubi Koreyaya məxsus qırıcı Alyaskadakı təlimlər zamanı yanıb
Cənubi Koreya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus KF-16 tipli qırıcı ABŞ-ın Alyaska ştatında keçirilən “Red Flag – Alaska” hərbi təlimləri zamanı zədələnib.
APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
Məlumata görə, Seul vaxtı ilə saat 09:02 radələrində təlim çərçivəsində havaya qalxmağa cəhd edən zaman təyyarədə nasazlıq baş verib və iki pilot təcili şəkildə katapult əməliyyatından istifadə edib.
Onlar xəsarət almayıb, lakin profilaktik müayinə məqsədilə yaxınlıqdakı xəstəxanaya aparılıblar.
Agentliyin yazır ki, iki nəfərlik təyyarə alışıb, lakin zədələnmənin dəqiq miqyası hələlik məlum deyil.
Cənubi Koreya HHQ hadisənin səbəblərini müəyyən etmək üçün ABŞ tərəfi ilə sıx əlaqədədir.
Oxşar xəbərlər
Şimali Koreya Cənubi Koreyaya yenidən zibil balonları göndərib
Cənubi Koreyada təyyarə qəzasında ölənlərin 4-nün də meyiti tapılıb - YENİLƏNİB-1
Şimali Koreya yenidən Cənubi Koreyaya zibil balonları buraxıb
Cənubi Koreyada mərminin evə düşməsi nəticəsində 15 nəfər xəsarət alıb - YENİLƏNİB
KXDR Cənubi Koreyaya yenidən şarla tullantı göndərib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













