sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Hindistan və Nepalda güclü yağışlar 100-dən çox insanın həyatına son qoyub
Hindistan və Nepalda son iki gündə yağan güclü yağışlar nəticəsində 100-dən çox insan həlak olub.
APA xəbər verir ki, Cənubi Asiya ölkələri olan Hindistan və Nepalda son iki gündə qeyri-sabit leysan yağışları müşahidə olunur.
Hindistanın Bihar əyalətində yağışlar səbəbilə 82 nəfər həlak olub. Ölkədə insanların ən sıx məskunlaşdığı Uttar Pradeş əyalətində isə ildırım çaxması və fırtına nəticəsində 18 nəfər həlak olub.
Nepalda isə ildırım çaxması və güclü yağışlar nəticəsində 8 nəfər ölüb.
Hindistan mətbuatının hava proqnozlarına görə, yaxın günlərdə bölgədə daha çox yağış gözlənilir.
Oxşar xəbərlər
Nepalda təbii fəlakətlər nəticəsində azı 38 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nepalda leysan yağışlar daşqınlara yol açıb, ölənlərin sayı 100-ü keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 100-ü keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda ildırım vurması nəticəsində 7 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hindistanda güclü yağışlar nəticəsində 30-dan çox insan ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













