Ərdoğan CHP sədrinin vətəndaşları küçələrə çıxmağa çağırmasını tənqid edib
sizinxeber.az xəbər saytı

Ərdoğan CHP sədrinin vətəndaşları küçələrə çıxmağa çağırmasını tənqid edib


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP sədri Özgür Özəlin vətəndaşları küçələrə çıxmağa, mitinqlərə qatılmağa çağırmasını tənqid edib.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Rəcəb Tayyib Ərdoğan bu çağırışı ciddi məsuliyyətsizik kimi qiymətləndirib.

“İstanbulda korrupsiya əməliyyatını bəhanə edib küçələrimizdə xaos yaratmağa çalışdıqlarının şahidi oluruq. Sırf öz sərvətləri, qazanc planları pozulmaması üçün millətimizin əmin-amanlığını təhdid edənlərə, Türkiyəni terrorla hədələyəməyə çalışanlara göz yummayacağıq”, - deyə o qeyd edib.

Türkiyə Prezidenti millətin qardaşlığının pozulmasına imkan verilməyəcəyini vurğulayıb: “Unutmayın, CHP sədrinin dəvət etdiyi küçə çıxılmaz küçədir. Oğurluğu, soyğunçuluğu, qanunsuzluğu müdafiə etmək üçün məhkəmə zallarını deyil, küçələri göstərmək çox böyük məsuliyyətsizlikdir. Marjinalların arxasınca getmək, polislərimizə hücum etmək, hakimlərimizi və prokurorlarımızı hədələmək, qanunsuz yollara əl atmaq sizi bu ölkədə daha heç yerə aparmayacaq. Türkiyə küçədə tapılmış ölkə deyil, küçə terroruna təslim olmayacaq”.

Oxşar xəbərlər

Ərdoğan: Türkiyə hazırda İsraillə bütün əlaqələrini kəsib
Ərdoğan Rusiyaya səfər edəcək
Ərdoğan: Bəşər Əsəd Suriyanı qoyub qaçdı
Ərdoğan Makronla görüşüb
Ərdoğan: Trampın Netanyahu ilə razılaşması sülh üçün böyük təhdiddir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər