İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb
İsrail Qəzza sektoruna humanitar yardımların buraxılmasını dayandırıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Baş nazirinin ofisi məlumat yayıb.
İsrail Baş naziri humanitar yardımların dayandırılmasına qərar verib
Qeyd edilib ki, İsrail Baş naziri Binyamin Netanyahu əsir və girovların mübadiləsinə dair razılaşmanın birinci mərhələsinin başa çatması və HAMAS-ın ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəs və girovların azadlığa buraxılmasıyla bağlı təklifini qəbul etməməsi ilə əlaqədar belə qərar verib. Bu gün səhərdən Qəzzaya bütün humanitar malların və yüklərin daşınması dayandırılıb.
İsrail və HAMAS arasında əsir və girovların mübadiləsi ilə bağlı razılaşma pozulub
Qeyd edək ki, HAMAS İsrailin razılaşmanın bütün əsir və girovların azad olunması və tam atəşkəs elanını nəzərdə tutan ikinci mərhələsinə başlamaq istəmədiyi üçün Stiv Vitkoffun təklifini qəbul etmədiyini açıqlayıb.
Oxşar xəbərlər
KİV: HAMAS İsraillə atəşkəsin qüvvədə qalması məsələsində razılığa gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbələr endirilməsi davam edəcək - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
HAMAS-ın 3 israilli girovu azad edəcəyi vaxt açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzza zolağında atəşkəsə dair razılaşma qüvvəyə minib, HAMAS-ın israilli girovların siyahısını təqdim etməsi gecikir - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HƏMAS-la razılaşma çərçivəsində 90 fələstinli məhbusu azad edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













