Putin ABŞ ilə təmaslar barədə Si Cinpini məlumatlandırıb - YENİLƏNİB
Rusiya prezidenti Vladimir Putin ABŞ ilə son təmaslar barədə Çin lideri Si Cinpini məlumatlandırıb.
Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Putin-Cinpin telefon danışığına dair məlumatında bildirilib.
Qeyd olunub ki, Çin Xalq Respublikasının lideri Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün Moskvada qeyd olunması ilə bağlı qarşıdan gələn yüksək səviyyəli görüşlərin qrafiki təsdiqlənib.
"İqtisadiyyat və ticarət, investisiya və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib. Putin ÇXR sədrini son Rusiya-Amerika təmasları barədə məlumatlandırıb. Çin tərəfi Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini və Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, Rusiya-Çin xarici siyasət əlaqəsi dünya işlərində ən mühüm sabitləşdirici amildir və xarici təsirlərə məruz qalmır",deyə Kremlin məlumatında bildirilib.
13:55
Çin və Rusiya liderləri telefon danışığı aparıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Oxşar xəbərlər
Çin və Rusiya liderləri telefon danışığı aparıb - YENİLƏNİB
Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb
Putin Orbanla telefon danışığı aparıb
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır
Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
DÇ-2026: Çexiya - Meksika oyunu başlayıb
-
Venesuelada güclü zəlzələ olub
-
Aşura günündə indiyədək 1140,3 litr qan toplanıb - YENİLƏNİB-3
