Konyada çökən binanın altında qalan 1 nəfər həlak olub - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

Konyada çökən binanın altında qalan 1 nəfər həlak olub - YENİLƏNİB-1


Konyada 4 mərtəbəli binanın dağıntıları altından bir nəfərin cansız bədəni çıxarılıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, dağıntıların altında ümumi 5 nəfər qalıb. Onların 3-ü xilas edilib, 1-i həlak olub, digəri ilə bağlı isə heç bir məlumat yoxdur.

***

05:27

Türkiyənin Konya vilayətində çökən binanın dağıntıları altında axtarış-xilasetmə işləri davam edir.

Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkənin Fövqəladə Hallar İdarəsinin (AFAD) əməkdaşları dağıntılar altında qalan 5 nəfərlə telefonla əlaqə qurub.

Xilasedicilərin çökmə zamanı sağ qalan 3 nəfəri dağıntıların altından sağ çıxardığı bildirilir.

Dağıntılar altında qalan insanların xilas edilməsi üçün işlər davam etdirilir.

***

22:26

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

Sizinxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Selçuklu rayonunda uçan binanın dağıntıları altında qaldıqları ehtimal olunan 5 nəfərin xilas edilməsi üçün axtarış-xilasetmə işləri başladılıb.

Hadisə yerinə çoxlu sayda yanğınsöndürən, təcili yardım və polis əməkdaşları cəlb olunub.

Konya valisi İbrahim Akın binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.

Oxşar xəbərlər

Konyada çökən binanın altında qalan 3 nəfər xilas edilib - YENİLƏNİB
Konyada 3 mərtəbəli bina çöküb, 5 nəfər dağıntılar altında qalıb - ÇÖKMƏ ANI
Türkiyədə yaşayış binasının uçması ilə əlaqədar 4 nəfər saxlanılıb
Tanzaniyada bina çöküb, 13 nəfər ölüb, 84 nəfər yaralanıb
Nigeriyada binanın çökməsi nəticəsində 7 nəfər ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər