Sizinxeber.az » DÜNYA » Asiya » Qəzzada ölənlərin sayı 9 nəfərə çatıb, HAMAS atəşkəslə əlaqədar azad edəcəyi girovların adlarını açıqlayıb - YENİLƏNİB-5

Qəzzada ölənlərin sayı 9 nəfərə çatıb, HAMAS atəşkəslə əlaqədar azad edəcəyi girovların adlarını açıqlayıb - YENİLƏNİB-5

HAMAS bu gün azad edəcəyi israilli 3 girovun adını açıqlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, HAMAS bu gün Romy Gonen, Emily Damari və Doron Steinbrecheri azad edəcəyini açıqlayıb.

***

saat 12.17

HAMAS azad ediləcək girovların siyahısını İsrailə göndərib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə HAMAS məlumat yayıb.

İsrail siyahını aldığını hələ təsdiqləməyib.

Bu arada İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir HAMAS-la sövdələşmə ilə əlaqədar istefa verdiyini açıqlayıb.

***

saat 12.08

İsrail qırıcı təyyarələri Qəzzaya zərbələr endirməyə başlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qəzzadakı səhiyyə qurumu isə İsrail Ordusunun zərbələri nəticəsində ölənlərin sayının artıq 9 nəfərə çatdığını açıqlayıb.

***

saat 11.27

İsrail Ordusu az əvvəl pilotsuz uçuş aparatlarından istifadə edərək Qəzzanın şimalı və mərkəzində HAMAS-ın obyektlərinə artilleriya zərbələri endirib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

Qeyd edilib ki, İsrail Ordusu HAMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirməyə davam edir.

Qəzzadakı səhiyyə qurumu isə artıq 3 nəfərin həyatını itirdiyi barədə məlumat yayıb.

Bu arada İsrail Ordusu xüsusi əməliyyat nəticəsində 2014-cü ildən HAMAS-ın əlində olan hərbçi Oran Şaulun cəsədinin Qəzzada aşkar edildiyini açıqlayıb.

***

saat 10.56

HAMAS atəşkəslə əlaqədar israilli girovları azad etməklə bağlı razılaşmaya əməl etmir.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.

İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, HAMAS razılaşmaya əməl etmədiyi üçün İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək: “Bu səhərə kimi HAMAS öz öhdəliklərini yerinə yetirməyib və razılaşmaya zidd olaraq bu gün azad edilməsi planlaşdırılan girovların adlarını İsrailə təqdim etməyib. Baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək. HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”.

***

saat 10.41

Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HAMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə The Times of Israel” məlumat yayıb.

Bu gün HAMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.

Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.

***

saat 10.30

Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma qüvvəyə minib.

Sizinxeber.az-nın xəbərinə görə, İsrail və HAMAS arasında Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma yerli vaxtla saat 08:30-da qüvvəyə minib.

***

saat 09.03

İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.

Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Yerusalem Post” məlumat yayıb.

İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.

HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb. Bildirilib ki, qrupun əməliyyat bölmələri arasında əlaqə fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilib və bu, İsrailin davam edən hava hücumları fonunda girovların siyahısının tərtibində gecikmələrə səbəb olub.

Səudiyyə Ərəbistanın “Al Hadath” telekanalı HAMAS-ın israilli girovların siyahısını yaxın saatlarda İsrailə təqdim etməyi planlaşdırdığı barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır
  2. Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu
  3. "TikTok"da vətəndaşlara tələ qurulub: Yeni dələduzluq sxemi ifşa olundu - VİDEO
  4. Belqradda Prezident İlham Əliyevin Serbiya Prezidenti Aleksandar Vuçiçlə təkbətək görüşü keçirilib
  5. Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclası keçirilir
  6. İlham Əliyev Münhen konfransı çərçivəsində panel iclasda iştirak edir - CANLI YAYIM
  7. Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb
  8. İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
  9. İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
  10. Prezident İlham Əliyev Münhendə "France 24" telekanalına müsahibə verib
sss
«    Fevral 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
232425262728 
SÖZÜM VAR !