İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim edənə qədər Qəzzada atəşkəs qüvvəyə minməyəcək - YENİLƏNİB-2
İsrail Ordusu az əvvəl pilotsuz uçuş aparatlarından istifadə edərək Qəzzanın şimalı və mərkəzində HAMAS-ın obyektlərinə artilleriya zərbələri endirib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
Qeyd edilib ki, İsrail Ordusu HAMAS-ın Qəzzadakı obyektlərinə zərbələr endirməyə davam edir.
Qəzzadakı səhiyyə qurumu isə artıq 3 nəfərin həyatını itirdiyi barədə məlumat yayıb.
Bu arada İsrail Ordusu xüsusi əməliyyat nəticəsində 2014-cü ildən HAMAS-ın əlində olan hərbçi Oran Şaulun cəsədinin Qəzzada aşkar edildiyini açıqlayıb.
***
saat 10.56
HAMAS atəşkəslə əlaqədar israilli girovları azad etməklə bağlı razılaşmaya əməl etmir.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə İsrail Ordusu məlumat yayıb.
İsrail Ordusunun sözçüsü Daniel Hagari mətbuat konfransında bildirib ki, HAMAS razılaşmaya əməl etmədiyi üçün İsrail Ordusu Qəzzaya zərbələr endirməyə davam edəcək: “Bu səhərə kimi HAMAS öz öhdəliklərini yerinə yetirməyib və razılaşmaya zidd olaraq bu gün azad edilməsi planlaşdırılan girovların adlarını İsrailə təqdim etməyib. Baş nazir Binyamin Netanyahunun göstərişinə əsasən, HƏMAS öz öhdəliklərini yerinə yetirməyinə qədər atəşkəs qüvvəyə minməyəcək. HƏMAS razılaşmadan irəli gələn öhdəlikləri yerinə yetirənə qədər İsrail Ordusu Qəzza zolağına zərbələr endirməyə davam edəcək”.
***
saat 10.41
Razılaşmaya əsasən yerli vaxtla saat 08.30-də Qəzza zolağında atəşkəs qüvvəyə minməli olsa da, hələ də HAMAS azad ediləcək israilli girovların siyahısını təqdim etməyib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “The Times of Israel” məlumat yayıb.
Bu gün HAMAS-ın 3 israilli qadın girovun siyahısını təqdim etməli idi.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Binyamin Netanyahu HAMAS-ın azad ediləcək girovların siyahısını təqdim etməyəcəyi halda atəşkəsin həyata keçirilməyəcəyini bəyan edib.
***
saat 10.30
Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma qüvvəyə minib.
Sizinxeber.az-nın xəbərinə görə, İsrail və HAMAS arasında Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşma yerli vaxtla saat 08:30-da qüvvəyə minib.
***
saat 09.03
İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Filadelfiya dəhlizinə çəkilməyə başlayıb.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə “Yerusalem Post” məlumat yayıb.
İsrail Ordusunun bölmələri Qəzza zolağının Rəfah bölgəsindən Misirlə-Qəzza zolağının sərhədi boyunca Filadelfiya dəhlizinə çəkilir.
Qeyd edək ki, Qəzza zolağında atəşkəs və israilli girovların azad edilməsinə dair razılaşmanın bu gün yerli vaxtla saat 08:30-da qüvvəyə minməsi gözlənilir.
HƏMAS Qəzzada atəşkəs razılaşmasının birinci mərhələsi çərçivəsində bazar günü mübadilədə azad edilməsi planlaşdırılan israilli girovların siyahısının İsrailə təhvil verilməsinin texniki səbəblərdən gecikdiyini aşıqlayıb. Bildirilib ki, qrupun əməliyyat bölmələri arasında əlaqə fiziki olaraq kuryerlər vasitəsilə həyata keçirilib və bu, İsrailin davam edən hava hücumları fonunda girovların siyahısının tərtibində gecikmələrə səbəb olub.
Səudiyyə Ərəbistanın “Al Hadath” telekanalı HAMAS-ın israilli girovların siyahısını yaxın saatlarda İsrailə təqdim etməyi planlaşdırdığı barədə məlumat yayıb.
Oxşar xəbərlər
İsrail ordusu Qəzzada 10-dan çox HAMAS üzvünü məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu HAMAS-ın hökumət başçısını məhv edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu: HAMAS israilli girovların siyahısını təqdim etmədiyi üçün Qəzzaya zərbələr endirilməsi davam edəcək - YENİLƏNİB-1 [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail HAMAS-ın hərbi qanadının komandirlərindən birini zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Ordusu 20-yə yaxın Hizbullah silahlısını zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












