“Əl Ərəbiyyə”: Həmas və İsrail Qəzzada atəşkəs imzalayıb
HƏMAS hərəkatı ilə İsrail Qəzza zolağında atəşkəs və anklavda saxlanılan girovların fələstinli məhbuslarla dəyişdirilməsi haqqında saziş imzalayıb.
APA xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı mənbələrə istinadən məlumat yayıb.
"Bütün tərəflər Qəzza zolağı ilə bağlı saziş imzalayıblar", - telekanalın mənbələri iddia edib.
Mənbələrin məlumatına görə, sənədə son düzəlişlər edilib. Bununla belə, kanal HƏMAS və İsrail arasında vasitəçi kimi çıxış edən və Qəzza zolağında atəşkəs razılaşmasının şərtlərinin yerinə yetirilməsinə təminat verən Qətər, Misir və ABŞ-nin imzalayanlar arasında olub-olmadığını haqda məlumat verməyib.
Qeyd edək ki, yanvarın 15-də axşam Qətər hökumətinin başçısı və xarici işlər naziri Məhəmməd bin Əbdül Rəhman Əl Tani Doha, Qahirə və Vaşinqtonun vasitəçilik səyləri nəticəsində İsrail və HƏMAS arasında razılıq əldə edildiyini açıqlayıb.
Müqavilə bazar günü, yanvarın 19-dan qüvvəyə minəcək.
Oxşar xəbərlər
İsrail və HƏMAS hərəkatı arasında atəşkəs sazişi imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qətər HƏMAS-İsrail razılaşmasını təsdiqləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada vəziyyətin nizamlanması üzrə Doha danışıqlarında irəliləyiş əldə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Reuters”: İsrail Qəzzada atəşkəs üçün yeni şərtlər irəli sürüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












