Almaniya və Fransa XİN başçıları Dəməşqdə Suriya lideri ilə görüşüblər - YENİLƏNİB
Dəməşqə səfər edən Almaniya və Fransanın xarici işlər nazirləri görüşlər keçirib.
APA xarici mediaya istinadən xəbər verir ki, Annalena Berbok və Jan Noel Barron Dəməşqdəki Xalq Sarayında Suriya lideri Əhməd Əl-Şaraa ilə bir araya gəliblər.
***
14.47
Suriyada Bəşər Əsəd rejimi devrildikdən sonra ilk dəfə Almaniya və Fransanın xarici işlər nazirləri gözlənilmədən Dəməşqə səfər edib.
APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, Annalena Berbokla Jan Noel Barronun səfərində məqsəd ölkənin yeni rəhbərliyi ilə danışıqlar aparmaqdır.
Fransanın Xarici İşlər Nazirliyinin məlumatında Suriyanın yeni rəhbərliyindən gender bərabərliyinin təminatı, eləcə də dini və etnik qrupların müdafiəsi üzrə əməli addımlar gözlənildiyi açıqlanıb.
Oxşar xəbərlər
Almaniya və Fransa XİN başçıları Dəməşqə gedib
Almaniya və Fransanın xarici işlər nazirləri Dəməşqdə səfərdədir - YENİLƏNİB
Almaniya Suriya üzrə nümayəndə təyin edib
Almaniya XİN rəhbəri Rusiyaya dəstəyi ilə bağlı Çinə xəbərdarlıq edib
Almaniyanın xarici işlər naziri sabah Türkiyəyə səfər edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əbu-Dabidə Prezident İlham Əliyevə "Zayed İnsan Qardaşlığı Mükafatı"ı təqdim olunub
-
Rəsmi zəmanət yox, mağaza və servis zəmanəti: Elektronika alıcıları risk altında
-
Arkadi Qukasyan 20 il müddətinə azadlıqdan məhrum edilib
-
Bako Saakyana hökm oxundu
-
Ukraynada müharibə bitir? - ABŞ prezidentindən gözlənilməz açıqlama
-
Xocalı soyqırımının iştirakçısı Madat Babayana hökm oxundu












