Ərdoğan Blinkeni qəbul edib  - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Ərdoğan Blinkeni qəbul edib - YENİLƏNİB


Ərdoğan Blinkenlə görüşündə Türkiyənin məsələnin başladığı gündən Suriyanın ərazi bütövlüyü, birliyi və unitar quruluşunun qorunmasının tərəfdarı olduğunu bildirib.

Sizinxeber.az xəbər verir ki, Ərdoğan, Türkiyənin Suriyada fəaliyyət göstərən PKK/PYD/YPG və İŞİD kimi terror təşkilatlarına qarşı milli təhlükəsizliyi adına tədbirlər görəcəyini də qeyd edib.

Türkiyə lideri ölkəsinin İŞİD-lə qarşı-qarşıya mübarizə aparan yeganə NATO ölkəsi olaraq PKK və onun uzantılarının da vəziyyəti fürsətə çevirmək cəhdlərinin qarşısını alacağını vurğulayıb.

***

00:05

ABŞ dövlət katibi Entoni Blinken Türkiyədə səfərdədir.

Sizinxeber.az-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, Prezident Rəcəb Tayyib Ərdoğan Ankaraya gələn ABŞ dövlət katibini Esenboğa hava limanında qəbul edib.

Oxşar xəbərlər

Ərdoğan Blinkeni qəbul edib
Ərdoğan Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan NATO-nun Baş katibi ilə Suriyadakı vəziyyəti müzakirə edib
Mahmud Abbas Türkiyədə səfərdədir - YENİLƏNİB
Türkiyə Prezidenti Ursula fon der Leyen ilə Suriyadakı vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər