05
dek
2024
13:50
yuxarı
Türkiyə MN: PKK/YPG-nin Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verilməyəcək, lazımi tədbirlər görülür
Türkiyə MN: PKK/YPG-nin Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verilməyəcək, lazımi tədbirlər görülür
Türkiyə PKK/YPG terror təşkilatının Suriyada qeyri-sabitlikdən faydalanmasına imkan verməyəcək.
Sizinxeber.az-nın Türkiyə müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyinin bəyanatında deyilir.
“Bölgədə mövcud olan terror təşkilatlarına qarşı mübarizədə mövqeyimizin aydın olduğunu bir daha vurğulayırıq”, - bildirilib.
Qeyd olunub ki, bölgədə sabitliyin qorunması üçün Türkiyə ordusu tərəfindən bütün lazımi tədbirlər görülür və regiondakı aktorlarla sıx əməkdaşlıq və koordinasiya prosesi davam edir.
Bizimlə əlaqə saxlayın
×
×
