Türkiyə Xarici İşlər və Milli Müdafiə nazirlikləri Azərbaycan xalqının Zəfər Gününü təbrik edib
sizinxeber.az xəbər saytı

Türkiyə Xarici İşlər və Milli Müdafiə nazirlikləri Azərbaycan xalqının Zəfər Gününü təbrik edib


Türkiyənin Xarici İşlər Nazirliyi Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, bu barədə qurumun “X” hesabında paylaşım olunub.

“Can Azərbaycanın əzəli torpağı olan Qarabağın azadlığının dördüncü ildönümünü ürəkdən təbrik edir, bu yolda şəhid olan qəhrəman şəhidlərimizi və qazilərimizi şükranla yad edirik” – deyə, paylaşımda bildirilib.

Adıçəkilən ölkənin Milli Müdafiə Nazirliyi də xalqımızın Zəfər Gününü “X” hesabı vasitəsilə təbrik edib.

Azərbaycanın Dövlət Himinin sözləri ilə başlayan təbrik mesajında deyilir:

“Qarabağda qəhrəmanlıq mübarizəsi ilə torpaqlarını işğaldan azad edən və Türkün gücünü bütün dünyaya göstərən cəsur Azərbaycan Türkü qardaşlarımızın 8 Noyabr Zəfər Gününü təbrik edirik. Türkiyə və Azərbaycan əbədi olaraq bir millət, iki dövlət olaraq bərbabər olmağa davam edəcək”.

Oxşar xəbərlər

Türkiyə səfiri Zəfər Günü ilə bağlı paylaşım edib
Türkiyə MN Azərbaycanın Zəfər və Dövlət Bayrağı günlərini təbrik edib
Azərbaycan XİN Çini Milli Gün münasibətilə təbrik edib
Türkiyə Müdafiə Nazirliyi Azərbaycanın Dövlət Suverenliyi gününü təbrik edib
Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Zəfər Bayramı münasibətilə təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər