ÜST: Sudanda münaqişədə 20 mindən çox insan ölüb
Sudanda 2023-cü ilin aprelindən davam edən münaqişə 20 mindən çox insanın ölümünə səbəb olub.
Sizinxeber.az-nın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Qebreyesus Port-Sudanda keçirilən mətbuat konfransında bildirib.
Tedros Qebreyesus nəzərə çatdırıb ki, Sudanda 10 milyon insan evini tərk etmək, 2 milyon nəfər qonşu ölkələrə qaçmaq məcburiyyətində qalıb. Hazırda ölkə əhalisinin yarısından çoxunun – 25 milyona qədər sudanlının dəstəyə ehtiyacı var. Onlardan 14,7 milyon nəfərə təcili dəstək tələb olunur.
ÜST baş direktoru tərəfləri dərhal atəşi dayandırmağa, siyasi həll axtarmağa, eyni zamanda beynəlxalq aləmi humanitar sahədə maliyyə dəstəyini artırmağa çağırıb.
Oxşar xəbərlər
Sudanda bəndin uçması nəticəsində azı 60 nəfər ölüb
Sudanda daşqınlar 140 nəfərin həyatına son qoyub
ÜST-nin Baş direktoru: Bu il Konqoda meymunçiçəyinə 18 mindən çox yoluxma olub, 629 nəfər ölüb
BƏƏ Sudanda aclıqdan əziyyət çəkən insanlara kömək edəcək
Sudanda daşqınlar nəticəsində 32 nəfər ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin







