sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şimali Koreya yenidən Cənubi Koreya zibil dolu şarlar göndərib
Cənubi Koreya Şimali Koreyanın zibil dolu hava şarlarını yenidən ölkə ərazisinə göndərdiyini açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, “Yonhap” agentliyinin Cənubi Koreya Baş Qərargahına (JCS) istinadən verdiyi açıqlamada zibil dolu şarların Şimali Koreyadan ölkə ərazisinə göndərildiyi bildirilir.
Açıqlamada hava şarlarının paytaxt Seulu əhatə edən Gyeonggi əyalətinin şimal hissəsinə doğru hərəkət etdiyi bildirilir.
Yerli əhaliyə şarlara toxunmamaq və şarların düşdüyü ərazilər barədə polisə məlumat verməklə bağlı xəbərdarlıq edilib.
Qeyd edək ki, Şimali Koreya mayın sonundan Cənubi Koreyaya 3 mindən çox zibil dolu şar göndərib.
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
