İran Mərkəzi Bankı Hörmüz boğazından əldə olunan gəlirlərin nağd şəkildə köçürüldüyünü təsdiqləyib
İran Mərkəzi Bankı Hörmüz boğazından keçən gəmilərdən alınan rüsumlardan əldə olunan gəlirlərin nağd şəkildə bu quruma köçürüldüyünü təsdiqləyib.
Sizinxeber.az-nın Tehran bürosunun məlumatına görə, bu barədə “Fars” agentliyi xəbər yayıb.
Məlumata görə, İran Mərkəzi Bankı qeyd edib ki, sözügedən rüsumlardan əldə olunan vəsait birbaşa bu banka daxil olub və ödənişlər xarici valyuta şəklində, nağd formada həyata keçirilib.
Agentliyin yaydığı xəbərdə bildirilir ki, daha əvvəl bəzi media qurumları İranın Hörmüz boğazından keçid rüsumlarını kriptovalyuta ilə qəbul etdiyi barədə iddialar irəli sürmüşdü, lakin rəsmi açıqlama bu iddiaları təkzib edir.
Hazırda gəmilərdən alınan rüsumların məbləği onların növündən, daşıdıqları yükün həcmindən və risk səviyyəsindən asılı olaraq dəyişir. Bu rüsumlar yalnız İranın təhlükəsizlik xidmətlərindən istifadə etmək üçün icazə alan gəmilərdən tutulur.
Haşim Rahimi
Oxşar xəbərlər
İranlı vitse-spiker: Tehran Hörmüz boğazından keçən gəmilərin rüsumlarından ilk dəfə qazanc əldə edib
“Fars”: İranın daha bir gəmisi ABŞ-ın blokadasını yararaq Hörmüz boğazından keçib - YENİLƏNİB
KİV: İran şərtləri yerinə yetiriləcəyi halda ABŞ-la danışıqlara qatılacaq
“Fars”: İranın sanksiya altındakı supertankeri Hörmüz boğazında ABŞ-ın blokadasını yarıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
