"Axios": Vaşinqton İranın ABŞ-ın hərbi gəmisini raketlə vurması xəbərini təkzib edib - YENİLƏNİB-1
sizinxeber.az xəbər saytı

"Axios": Vaşinqton İranın ABŞ-ın hərbi gəmisini raketlə vurması xəbərini təkzib edib - YENİLƏNİB-1


Vaşinqton İranın ABŞ-ın hərbi gəmisini raketlə vurması xəbərini təkzib edib.

Bu barədə "Axios"un əməkdaşı Barak Ravid "X" hesabında yüksək rütbəli ABŞ rəsmisinə istinadən məlumat yayıb.

***

14:11

İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazından keçmək istəyən ABŞ hərbi gəmilərindən birinə raket zərbələri endirib.

“Fars”ın xəbərinə görə, atılan iki raket hədəfə dəyib.

Bildirilib ki, ABŞ hərbi gəmisinin xəbərdarlıqlara məhəl qoymamasından sonra raket zərbəsi endirilib.

“Bundan sonra gəmi geri qayıtmağa məcbur olub”, - məlumatda qeyd olunub.

Hadisə nəticəsində hər hansı tələfatla bağlı məlumat yoxdur.

***

13:53

ABŞ hərbi gəmilərinin Hörmüz boğazına daxil olmasının qarşısı alınıb.

İran mediasının xəbərinə görə, bu barədə İran ordusu məlumat yayıb.

Bildirilib ki, yaxınlaşan hərbi gəmilərə sürətli və sərt xəbərdarlıq olunub.

Detalların sonradan açıqlanacağı əlavə edilib.

Oxşar xəbərlər

İsrail Xəzər dənizində İran HDQ-nin gəmilərinə zərbə endirib
KİV: İsrailin gizli əməliyyatları İranın çevik cavab imkanlarını zəiflədib
ABŞ Ordusu Oman körfəzində İran gəmisinin saxlanılmasının təfərrüatını açıqlayıb
SEPAH BƏƏ və Küveytdəki hərbi bazalara raket zərbələri endirib
İranın İsrailə raket zərbələri nəticəsində 86 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər