sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti avqustun 31-də keçiriləcək
Şanxay Əməkdaşlıq Təşkilatının sammiti 31 avqust – 1 sentyabr tarixlərində Çinin Tyançzin şəhərində keçiriləcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin köməkçisi Lyü Bin keçirdiyi mətbuat konfransında verib.
ŞƏT-in sammitində 20-dən artıq xarici dövlət rəhbəri və 10 beynəlxalq təşkilatın nümayəndəsi iştirak edəcək. Tədbirə Rusiya və Belarus prezidentləri, Hindistanın baş naziri, İran və Türkiyə prezidentləri, eləcə də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ermənistan və digər ölkələrin liderləri dəvət olunublar.
Oxşar xəbərlər
ŞƏT-in növbəti sammiti sentyabrda Çində keçiriləcək
Lavrov Çinə gedib
Ərdoğan ŞƏT sammitində iştirak edə bilər
Rusiya və İran XİN rəhbərləri Çində görüşüb
BRICS-ə üzvlük üçün müraciət edən dövlətlərin liderləri Kazan sammitinə dəvət olunublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













