İrandan Əfqanıstana miqrant aparan avtobus qəzaya düşüb, 19-u uşaq olmaqla 79 nəfər ölüb - VİDEO - YENİLƏNİB
Əfqanıstanda İrandan qayıdan miqrantları daşıyan avtobusun qəzaya düşməsi nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə AFP məlumat yayıb.
Bildirilib ki, ağır yaralanan üç nəfərdən ikisi dünyasını dəyişib.
Ölənlərin arasında 19 uşaq var.
10:53
***
İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb.
Sizinxeber.az BBC-yə istinadən xəbər verir ki, Əfqanıstanda baş verən hadisə nəticəsində 76 nəfər ölüb.
3 nəfər ağır xəsarət alıb.
Bildirilib ki, avtobus İrandan qayıdan əfqanıstanlı miqrantları Kabil şəhərinə apararkən motosiklet və yanacaq daşıyan yük maşını ilə toqquşub.
BMT-nin miqrasiya agentliyinin məlumatına görə, bu ilin başlanğıcından bəri İran və Pakistandan Əfqanıstana qayıdan miqrantların sayı təxminən 1.5 milyon hesablanıb.
Oxşar xəbərlər
İrandan Əfqanıstana qayıdan miqrantları daşıyan avtobus qəzaya düşüb, 76 nəfər ölüb
İraqda iranlı zəvvarları daşıyan avtobus qəzaya uğrayıb, 4 nəfər ölüb, 57 nəfər yaralanıb
Qvatemalada avtobus dərəyə aşıb, 51 nəfər ölüb
İranda avtobus yanacaq daşıyan maşınla toqquşub, 9 nəfər ölüb
İranda avtobus qəzaya uğrayıb, azı 28 zəvvar ölüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
