MN: Türkiyə tələb olunarsa, Suriyaya dəstək verəcək
Türkiyə tələb olunduğu təqdirdə, Suriyanın müdafiə qabiliyyətini gücləndirmək və terrorizmlə mübarizəsini dəstəkləmək üçün hər cür dəstəyi verəcəyik.
APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, bu barədə Türkiyə MN-dən bildirilib.
Nazirlik sözçüsü bildirib ki, Suriyadakı son hadisələr və İsrailin Suriyaya hücumları ilə bağlı Türkiyənin mövqeyi aydındır: “Bizim məqsədimiz ərazi bütövlüyünü və siyasi birliyini təmin etmiş təhlükəsiz, sabit və güclü Suriyadır. İsrailin Suriyaya hava hücumları bölgədə sülh və sabitlik istiqamətində atılan addımları təhlükə altına qoyur”.
O, İsrailin Suriyaya endirdiyi hava hücumları zamanı Suriyadakı Türkiyə hərbçilərinin zərər görmədiyini vurğuıayıb.
Oxşar xəbərlər
Türkiyə İsrailin Suriyaya hücumunu qınayır
BMT Baş katibi İsrailin Suriyaya hava zərbələrini pisləyib
Ərdoğan: İsrail işğal etdiyi ərazilərdən geri çəkilmək məcburiyyətində qalacaq
Ərdoğan: Türkiyə terrorla mübarizədə Suriyaya lazım olan dəstəyi verməyə hazırdır
Hakan Fidan: Türkiyə hər sahədə Suriyaya dəstək verməyə hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













