Əhməd Əl Şaraa Suriya xalqına müraciət edib, müharibədən qorxmadıqlarını bildirib
Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa bu gün səhər televiziya vasitəsilə xalqa müraciət edib.
Sizinxeber.az SANA-ya istinadən xəbər verir ki, "Suriya xalqının azadlıq uğrunda verdiyi fədakarlıqlar sayəsində böyük qələbələr əldə etdiyini" vurğulayan Əhməd Əl Şaraa "bu gün İsrailin Suriyanın sabitliyini pozmaq və xalq arasında nifaq salmaq cəhdlərinə" toxunub.
Onun sözlərinə görə, “bu gün qürurlu Suriya xalqı yeni çağırışlarla üz-üzədir”.
“Biz Suriya xalqı olaraq kimin bizi müharibəyə sürüklədiyini, kimin bizi parçalamağa çalışdığını çox yaxşı bilirik”, - Suriya lideri vurğulayıb.
O əlavə edib ki, Suriyanın müharibəyə sürüklənməsinə imkan verməyəcəklər.
Əhməd Əl Şaraa Suriya dövlətinin bütün qurumları ilə Əs-Suveyda və ətrafındakı silahlı qruplar arasında uzun müddətdir davam edən daxili qarşıdurmaya son qoymaq üçün tam iradə və qətiyyətlə müdaxilə etdiyinə diqqət çəkib.
O, müharibədən qorxmadıqlarını, eyni zamanda, Əs-Suveydanın təhlükəsizliyini müəyyən yerli qruplara həvalə etmək qərarına gəldiklərini bəyan edib.
“Biz druz xalqımıza qarşı cinayət törədənləri məsuliyyətə cəlb etməkdə qərarlıyıq”, - Əhməd Əl Şaraa deyib.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti Suriya lideri Əhməd Əl Şaraa ilə görüşüb
Əhməd əl Şaraa: Suriya Türkiyə ilə münasibətlərin dərin strateji tərəfdaşlığa çevrilməsinə önəm verir
Suriya Prezidenti Əhməd Əl Şaraa Azərbaycana gəlib - YENİLƏNİB
Al Watan: Əş-Şaraa Suriya Prezidenti kimi ilk xarici səfərini Ər-Riyada edəcək
Əhməd Əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
