İsrail ordusu Suriyaya zərbələr endirir, ölən və yaralananlar var - YENİLƏNİB-1 - VİDEO
sizinxeber.az xəbər saytı

İsrail ordusu Suriyaya zərbələr endirir, ölən və yaralananlar var - YENİLƏNİB-1 - VİDEO


İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 18 nəfər yaralanıb.

Sizinxeber.az SANA-ya istinadən xəbər verir ki, bu barədə Suriyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İsrail hava qüvvələrinin Dəməşqin mərkəzini hədəf alması nəticəsində 1 nəfər ölüb.

İsrail ordusunun hazırda Suriyanın Daara bölgəsinə hava zərbələri endirdiyi bildirilir.

***

16:25

İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə “Channel 12” kanalı məlumat yayıb.

Qeyd edilib ki, İsrail Dəməşqdə Prezident Sarayını, Müdafiə Nazirliyinin binasını və Suriya Baş Qərargahının binasını hədəfə alıb.

"Reuters" ölən və yaralananların olduğunu bildirir.

***

13:48

İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirir.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Bildirilib ki, qısa müddət əvvəl Dəməşqdə Suriya hərbi qərargahının giriş qapısı pilotsuz uç aparatı ilə vurulub.

“İsrail ordusu siyasi rəhbərliyin göstərişinə əsasən, Suriyanın cənubunda mülki druzlara qarşı fəaliyyətləri izləməyə davam edir. Biz hücum edirik və bir neçə senari üçün hazırıq”, - İsrail ordusunun bəyanatında qeyd edilib.

Suriya mediası İsrailin Dəməşqə hücumunda iki nəfərin yaralandığını bildirib.

Oxşar xəbərlər

İsrail ordusu Dəməşqə zərbələr endirib, ölən və yaralananlar var - YENİLƏNİB-1 - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail ordusu yenidən Dəməşqə zərbələr endirib - YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Səhiyyə Nazirliyi: İsrailin Dəməşqə endirdiyi zərbələr nəticəsində 13 nəfər yaralanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail ordusu Suriyanın paytaxtı Dəməşqə hava zərbələri endirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail İranın Suriyadakı səfirliyinin yaxınlığına hava zərbələri endirib, ölənlər və yaralananlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər