KİV: İsrail və İran arasındakı hərbi əməliyyatlar gündəlik 100 milyonlarla dollara başa gəlir
sizinxeber.az xəbər saytı

KİV: İsrail və İran arasındakı hərbi əməliyyatlar gündəlik 100 milyonlarla dollara başa gəlir


“İsrail və İran arasındakı hərbi əməliyyatlar tərəflərə gündəlik 100 milyonlarla dollara başa gəlir”.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” nəşri yazıb.

Bildirilib ki, bu məbləğə həm hava əməliyyatları, həm də pilotsuz uçuş aparatlarının (PUA) texniki vasitələrin köməyilə endirilməsi xərcləri daxildir.

Belə ki, təkcə bir PUA-nın endirilməsi üçün həyata keçirilən bir atışın qiyməti 4 milyon ABŞ dolları təşkil edir. Bununıa yanaşı, “F-35” qırıcılarının bir saatlıq uçuş dəyəri 10 min dollara başa gəlir.

Müşahidəçilər mülki infrastruktur və tikililərə dəyən zərərin məbləğinin 400 milyon dolları keçəcəyi qənaətindədir.

Hərbi əməliyyatlar nəticəsində 5000 nəfər evlərini tərk etmək məcburiyyətində qalıb ki, onların gündəlik yaşayış xərclərini hökumətlər üzərinə götürüb.

Bütün bunlara rəğmən, iqtisadi sahənin mütəxəssisləri hələlik resessiya proqnozlaşdırmır.

Oxşar xəbərlər

ABŞ prezidenti ilə özəl şam yeməyi 5 milyon dollara başa gəlir
Tramp: Qəzza zolağı hərbi əməliyyatlar başa çatdıqdan sonra İsrail tərəfindən ABŞ-yə təhvil veriləcək
Los-Ancelesə hərbi qüvvələrin yeridilməsi ABŞ-a 134 milyon dollara başa gələcək
Neftin qiyməti 72 dollara yaxınlaşıb
"Anglo-Asian Mining" bu il 2 mln. dollara yaxın zərər edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle