İran-İsrail müharibəsi - SON DƏQİQƏ » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
in
2025
13:31

İran-İsrail müharibəsi - SON DƏQİQƏ

20 in, 2025
13:31
415

İran-İsrail müharibəsi - SON DƏQİQƏ

İsrail Hərbi Hava Qüvvələri 250 kilometr məsafədəki hədəfə çata bilən “Delila” raketləri vasitəsilə İrana məxsus olan və İsfahan ərazisində yerləşdirilən bir sıra hava hücumundan müdafiə sistemini sıradan çıxarıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

***

13:00

İran İsrailin şimalına 15 raket zərbəsi endirib.

***

17:54

İsrail ordusu İranın Arak bölgəsində yerləşən nüvə reaktorunu uğurla hədəfə aldığını elan edib.

Sizinxeber.az xəbər verir ki, İsrail ordusu “X” platformasındakı paylaşımında bildirib ki, bu reaktor nüvə silahı istehsal etmək üçün tikilmişdi və artıq zərərsizləşdirilib.

***

***

14:32

İsrailin müdafiə naziri Tehranda strateji hədəflərə zərbələrin gücləndirilməsini əmr edib.

***

11:14

İranın İsrail ərazisinə raket zərbələri endirməsi nəticəsində azı 10 nəfər yaralanıb.

***
06:41

İsrail Hərbi Hava Qüvvələri İranın paytaxtı Tehran və ölkənin digər bölgələrinə aviazərbələr endirir.

***
00:31

Son saatlar ərzində İsrail Hərbi Hava Qüvvələrinə məxsus 60 döyüş təyyarəsi Tehranda yerləşən 20-dən çox hərbi obyektə hava zərbələri endirib.

***
23:11

İsrail Hərbi Hava Qüvvələri gün ərzində İrana qarşı hava zərbələrinin üçüncü dalğasına başlayıb.
***
22:42

Tehran İsrailə qarşı ilk dəfə orta mənzilli iki mərhələli "Səccil" tipli ballistik raketindən istifadə edib.
***
20:57

İran Silahlı Qüvvələri İsrail ərazisinə növbəti raket zərbəsi endirib.

***
17:49

İsrail Hərbi Hava Qüvvələrinin Tehrana endirdiyi son zərbələrin hədəfi İranın daxili təhlükəsizlik sisteminin qərargahı olub.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı İsrailin müdafiə naziri İsrael Katz özünün “X” hesabında paylaşım edib.

***

17:49

İranda yeni partlayışlar qeydə alınıb.

Sizinxeber.az İran mətbuatnına istinadən xəbər verir ki, bu gün günorta saatlarından sonra ölkənin Tehran və Kərəc bölgələrində partlayışlar qeydə alınıb.

***

16:22

İsrailin İrana zərbələri nəticəsində ölənlərin sayı 585-ə çatıb, 1326 nəfər isə yaralanıb.

13:18

İsrail ordusu özünün Hermes 900 pilotsuz uçuş aparatının (PUA) İran tərəfindən vurulduğunu təsdiqləyib.

***

12:54

"İran və İsrail arasında hərbi qarşıdurma Yaxın Şərqdə geosiyasi və təhlükəsizlik risklərini artırıb, daha da alovlanar və ya yayılarsa, bəzi suverenlərin kredit profillərinə mənfi təsir göstərə bilər".

"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə "Fitch Ratings" Beynəxalq Reytinq Agentliyindən bildirilib. Qeyd edilib ki, qarşıdurmadan doğan təsirlərin İsrailin “A”/Mənfi reytinq səviyyəsi çərçivəsində qarşılanması mümkün görünür.

***

10:43

İsrail İranın uranın zənginləşdirilməsi üçün istifadə olunan istehsalat obyektlərinə zərbələr endirib.

03:59

İsrail Ordusu Tehran ətrafında hücum əməliyyatına başlandığını açıqlayıb.

***
00:16

İsrailin "El Al", "Arkia" və "Israir" aviaşirkətləri Avropada olan israillilərin ölkəyə qaytarılması məqsədilə hökumətdən xüsusi reyslərin həyata keçirilməsi üçün icazə aldıqlarını açıqlayıblar.


***
20:55


ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, hazırda İranın ali rəhbəri ayətullah Əli Xameneinin aradan götürülməsi ilə bağlı plan yoxdur, lakin o, İran liderindən qeyd-şərtsiz kapitulyasa tələb edib.

***
18:10

İsrail İsfahanda neft emalı zavoduna hava zərbələri endirib.

***

18:10

İsrail hərbi aviasiyası İran Milli Radiosunun yerləşdiyi mərkəzə aviazərbələr endirib.

***

17:42

İranın paytaxtı Tehranda güclü partlayışlar baş verib.

***

15;49

Kreml İsrail və İranı daha sonra sülh yolu ilə nizamlanmaya keçmək üçün maksimum təmkin nümayiş etdirməyə çağırır.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

***

14:37

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin “Mossad” kəşfiyyat agentliyinin Təl-Əvivdəki əməliyyat planlaşdırma mərkəzini vurduğunu bildirib.


Sizinxeber.az xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında qeyd edilib.

***

14:09

İsrailin İranın Kaşan şəhərinə bu gün səhər saatlarında təşkil etdiyi hücum nəticəsində 3 nəfər həyatını itirib.


***

11:10

İranın fövqəladə hərbi qərargah rəisi İsrailin zərbələrində öldürülüb.

***

10:10

İsrail ordusu İrandan növbəti raket buraxılışını qeydə alıb.

***

19:23

İsrail İranın Dövlət Televiziyasının binasını raketlə vurub.

***

18.56

İsrailin müdafiə naziri İsrael Katz Tehranın Dövlət Televiziyası və bir sıra hərbi obyektlərin yerləşdiyi 3-cü dairənin sakinlərini dərhal öz evlərini tərk etməyə çağırıb.

***

18.11

İsrail Tehranın qərbindəki hərbi qarnizona zərbə endirib.

***

16.40

İsrail Ordusu Tehrana raket qurğuları daşıyan yük maşınlarına zərbə endirib.

***

saat 14.22

İsrail Məşhəd və Kermanşaha hava zərbəsi endirib.

***

saat 14.20

İsrail Müdafiə Qüvvələri: İranın "Qüds" qüvvələrinin Kəşfiyyat İdarəsinin rəhbəri zərərsizləşdirilib.

***

14.05

İran Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) rəhbəri: İsrail və İran arasında hərbi gərginlik nüvə radiasiyasının sızması riskini artırır.

***

13.44

İsraildə üçüncü pilotsuz təyyarə hava qüvvələri tərəfindən vurulub, dördüncüsü görünür.

***

12.49

Cümə günündən bəri İran İsrailə təxminən 350 ballistik raket atıb və İsrail ordusunun yeni statistikasına görə, onların əksəriyyəti ələ keçirilib.

***

12.23

Qolanda yeni pilotsuz təyyarə xəbərdarlığı çalınır. Yonatan şəhərinin Qolan Təpələri icmasında yeni pilotsuz təyyarə xəbərdarlığı səslənib.

***

11.40

Yəməndən İsrailə ballistik raket atılıb. Yaxın dəqiqələrdə İsrailin cənubunda sirenlərin səslənəcəyi gözlənilir.

***

11.24

İsrailin Hayfa şəhərinin meri Yona Yahav bir gecədə İranın raket hücumu nəticəsində şəhərdə üç nəfərin öldüyünü təsdiqləyib.

***

10.42

İranın ötən gecə İsrailə raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

***

09.57

İranın İsrailə endirdiyi hava zərbələri nəticəsində Təl-Əvivdəki ABŞ səfirliyi zərər görüb.

***

09.51

İranın ötən gecə İsrailə zərbələri nəticəsində 4 nəfər ölüb, 87 nəfər isə yaralanıb.

***

09.47

İsrailin İranın şimal-qərbində Zəncan vilayətinə endirdiyi zərbə nəticəsində iki İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) hərbçisi ölüb.

***

08.46

İran tərəfindən atılan raket İsrailin Hayfa şəhərindəki elektrik stansiyasına düşüb.

***

07:53

İranın İsrailin mərkəzinə endirdiyi son raket zərbələri nəticəsində 3 nəfər ölüb, 67 nəfər yaralanıb.

***

06:33

İsrailin bir çox bölgəsi xüsusilə də Tel-Əviv və Hayfa şəhərləri raket hücumuna məruz qalıb.

***

00:36

İsrailin İran ərazisinə endirdiyi zərbələr nəticəsində 224 nəfər həlak olub.

***

22:58

İsrail İranın Xarici İşlər Nazirliyinin binalarından birini hədəfə alıb. Hücum nəticəsində bir neçə XİN əməkdaşı yaralanıb.

***

21:57

Əhali İranın paytaxtı Tehran şəhərini kütləvi tərk edir. İrana məxsus “Telegram” kanallarında insanların paytaxtı tərk etməsi nəticəsində uzun tıxaclar yarandığı bildirilir, bunu əks etdirən görüntülər yayılır.

***

21:54

İran İsrailə yeni raket hücumuna başlayıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Fars xəbər agentliyi məlumat yayıb.

***

19:41

İsrailin İrana endirdiyi zərbələr nəticəsində azı 406 nəfər ölüb, 654 nəfər yaralanıb.

***

19:31

İsrail İranın Tehranın şimalındakı Xarici İşlər Nazirliyinin binası və Tehranın mərkəzindəki Polis qərargahını vurub.

***

19:22

Rusiya İsrail-İran münaqişəsində vasitəçilikdə əsas rol oynaya bilər.

Sizinxeber.az xəbər verir ki, bunu Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriev bildirib.

***

19:17

İsrail Məşhəd hava limana zərbələr endirib.

***

19:07

İsrailin hücumlarından sonra İranda ən azı 14 nüvə alimi ölüb.

***

18:59

İsraildə iki nəfər iranlılar üçün casusluqda şübhəli bilinərək həbs edilib.

***

18:46

“Tezliklə İran və İsrail arasında da sülh olacaq! Hazırda çoxsaylı telefon zəngləri və görüşlər keçirilir”.

Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donalt Tramp sosial şəbəkədə paylaşım edib.

***

15:08

İsraillə silahlı münaqişə başlayandan bəri ilk dəfə Tehranda hava hücumundan müdafiə sistemi gündüz saatlarında işə salınıb.

***

14:46

Ötən gecə saatlarında 50 qırıcı təyyarə Tehranda yerləşən İranın nüvə layihəsinə aid obyektləri hücum edərək bombalayıb.

***

14:27

Netanyahu İranın raket zərbələri endirdiyi Bat Yam bölgəsinə baş çəkib.

***

13:55

İsrail Şiraz və İsfahana hava zərbələri endirib.

***

13:35

İranın İsrailə hücumlarında 15 nəfər ölüb, 385 yaralı var.

***

13:20

İsrailin hücumları nəticəsində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Hava Qüvvələrinin bir neçə yüksək rütbəli komandiri ölüb.

***

09:47

İrandan həyata keçirilən cavab raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı 10 nəfərə çatıb, 200 nəfər yaralanıb.

***

09:29

İranın İsrailə raket zərbələri nəticəsində ölənlərin sayı 8-ə çatıb. təxminən 200 nəfər yaralanıb, onlardan ən azı 65 nəfər xəstəxanaya yerləşdirilib.

***

06:59

İrandan həyata keçirilən raket hücumu nəticəsində İsraildə həyatını itirənlərin sayı dördə çatıb.


***
06:10

İranın İsrailə son raket hücumu nəticəsində 3 nəfər həlak olub, 125 nəfər xəsarət alıb.

***
05:58

İranın sonuncu raket hücumu nəticəsində İsrailin tanınmış elmi tədqiqat mərkəzi - Veytsman Elmi İnstitutu zədələnib.

***
04:42

İsrail Hərbi Hava Qüvvələri Tehranda bir sıra hədəflərə qarşı genişmiqyaslı hava hücumları həyata keçirib.

***
04:23

İsrailə yönələn raket hücumlarının yalnız İrandaт deyil, həm də Yəmən ərazisindən həyata keçirildiyi bildirilir.

***
02:41

İsrailin Tehranda yerləşən İranın Müdafiə Nazirliyinin qərargahına hücum etdiyi bildirilir.

***
02:23

İranın raket hücumu nəticəsində İsrailin şimalında bir nəfər həlak olub, daha 13 nəfər müxtəlif xəsarətlər alıb.

***
01:23


İsrailin zərbəsindən sonra İranın paytaxtı Tehranın qərbində yerləşən neft məhsulları anbarlarından birində güclü yanğın qeydə alınıb.
***
01:16

İran İsrailin hücumlarına cavab olaraq Hayfa şəhərində yerləşən neft emalı zavodunu raket atəşinə tutub.

***
01:10

İranın İsrailə yeni raket hücumu başlayıb


***
23:04

İyunun 13-də İsrailin İrana hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hava və Kosmik Qüvvələrinin Kəşfiyyat rəisinin müavini briqada generalı Xosrov Həsəni öldürülüb.

***
22:29

İranın hava hücumundan müdafiə sistemləri Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Kirmanşah, Luristan, Tehran, Hörmüzqan və Xuzistan vilayətlərində İsrailin raket zərbələrinin qarşısını alır.

***
22:15

İsrail Hərbi Hava Qüvvələri İranın qərbində yerləşən yeraltı raket obyektinə zərbələr endirib.

***
22:01

Fransa Prezidenti Emmanuel Makron telefon danışığında iranlı həmkarı Məsud Pezeşkiyanı diplomatik masa arxasına qayıtmağa çağırıb.

***
21:04

ABŞ-ın Ukraynada yerləşdirilmiş bəzi hava hücumundan müdafiə (HHM) sistemləri Yaxın Şərqə köçürülüb.

***
19:48


İran və ABŞ arasında iyunun 15-nə planlaşdırılan danışıqlar baş tutmayacaq.

***

19:47

İranın Təl-Əvivə raket zərbələri nəticəsində Xorvatiyanın İsraildəki konsulu və həyat yoldaşı yaralanıb.

***

İsrail İranın ən böyük təbii qaz yatağı olan Cənubi Parsa zərbə endirib.

***

19:37

Ərdoğan Məhəmməd bin Salmanla İran-israil qarşıdurmasını müzakirə edib

Ərdoğan “İsrailin bölgənin sabitliyi və təhlükəsizliyinə ən böyük təhdid olduğunu, bunun İrana hücumla bir daha sübut etdirildiyini, gərginliyi azaltmaq üçün İsrailin qarşısının alınmasının lazım olduğunu” bildirib.

***

19:08

İsrailin Zəncana endirdiyi hava zərbələrində SEPAH üzvləri - Həmid Tomari, Əkbər Əzizi və Əmir Xani öldürülüb.

***

18:07

İsrail ordusu İranın Silahlı Qüvvələrinin 20-dən çox yüksək rütbəli komandirinin zərərsizləşdirildiyini açıqlayıb.

İranın Kəşfiyyat Xidmətinin rəhbəri Qulam Reza Mərhabi, “Yer - Yer” tipli raketlərdən istifadə üzrə ixtisaslaşan hərbi birləşmənin komandanı Məhəmməd Baqeri, İnqilab Keşikçiləri Korpusunun komandanı Əmir Əli Hacızadə və digər yüksək vəzifəli İran hərbçiləri zərərsizləşdirilib.

***

17:30

İran Hörmüz boğazını bağlamağı ciddi şəkildə düşünür.

***

15:59

İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatında bildirilib ki, İsrail İrana qarşı ən dərin hava zərbəsini endirib.


***


16:14

İran XİN bildirib ki, İsrailin hücumu dayanmadan ABŞ-la danışıqlar əsassızdır

***

16:06

İranın raket zərbəsi nəticəsində 7 İsrail əsgəri yaralanıb.

***

15:42

İran ordusundan İsrailə məxsus "F-35" qırıcısının vurulduğu iddia edilib

16:25

*****

Həmədanda ölən və yaralananlar var

İsrailin İranın Həmədan vilayətinin Əsədabad şəhərinə endirdiyi hava zərbəsi nəticəsində ölənlərin sayı 5 nəfərə çatıb, 7 nəfər isə yaralanıb.

***

14:25

İsrail Tel-Əvivdəki Ben Qurion hava limanını növbəti xəbərdarlığa qədər bağladığını elan edib.

***

14:22

İranın Yəzd şəhərində İsraillə əməkdaşlıqda ittiham olunan beş nəfər həbs edilib.


***
14:04

SEPAH-da yeni təyinat

Məcid Musəvi İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinə rəhbər təyin edilib.

***

13:57

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, İsrailin İrana qarşı hərəkətləri onun üçün daha ciddi təhdidlərlə nəticələnə bilər.

***

13:52

İsraildən xəbərdarlıq

İsrailin müdafiə naziri İsrail Katz İran Ali Rəhbəri Əli Xameneiyə xəbərdarlıq edərək, bildirib ki, “əgər İsrailə raketlər atılmağa davam edərsə, Tehran yanacaq”.

***

13:45

Rusiya XİN Azərbaycana təşəkkür edib

Rusiya Xarici İşlər Nazirliyi Rusiya Federasiyası vətəndaşlarının Azərbaycan-İran sərhədindən Bakıya daşımaların təmin edilməsində, mehmanxanada yerləşdirilməsində və Rusiyaya qayıtmasına köməklik göstərdiyinə görə Azərbaycana təşəkkür edib.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-nin teleqram kanalında bildirilib.

Qeyd olunub ki, İsrailin İran İslam Respublikasına qarşı hərbi əməliyyatları nəticəsində vəziyyətin gərginləşməsi, regionun əksər ölkələrində hava məkanının bağlanması və uçuşların ləğvi fonunda oradakı Rusiya vətəndaşlarının xilas edilməsi məsələsi aktuallaşıb.

***

13:28

Dünən gecədən bəri İran İsrailə 200 ballistik raket atıb.

***

13:17

İran Britaniya, Fransa və ABŞ-a xəbərdarlıq edib. Bildirilib ki, həmin ölkələr İsrailə hansısa yolla kömək etsələr, hücumların növbəti hədəfləri onların Yaxın Şərqdəki bazaları olacaq.

***

13:03


Rusiyanın Azərbaycandakı səfirliyi Rusiya vətəndaşlarının İrandan quru yolu ilə təxliyəsinə göstərdiyi yardıma görə Azərbaycana təşəkkür edib.

****

12:48

Təbrizdə yeni partlayışlar baş verib.


***


12:42

İran XİN: ABŞ-la nüvə danışıqlarının keçirilməsi barədə hələ qərar verilməyib

***
12:41

İsrail Müdafiə Qüvvələri (IDF) ölkənin Hərbi Hava Qüvvələrinin İranda hədəfləri vurmağa yenidən hazır olduğunu bildirib.

Bizimlə əlaqə saxlayın