İran XİN rəhbəri ABŞ-la danışıqların əsas şərtini açıqlayıb
sizinxeber.az xəbər saytı

İran XİN rəhbəri ABŞ-la danışıqların əsas şərtini açıqlayıb


“İsrailin hücumları davam etdiyi müddətdə ABŞ ilə heç bir danışığa getməyəcəyik”.

Sizinxeber.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Araqçi jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, İran onsuz da danışıqlar prosesində idi və hücumlar dayanmasa, heç bir tərəflə danışıq aparmayacaq: “Raket imkanlarımızı heç kimlə müzakirə etməyəcəyik. Onlar sırf müdafiə xarakteri daşıyır. Biz İranın nüvə proqramı ilə bağlı diplomatik həll yolu axtaran avropalılara açığıq və Cenevrədəki hazırkı danışıqlarımız nüvə məsələsinə yönəlib”.

Nazirin sözlərinə görə, "İran sadəcə iqtisadi və hərbi obyektləri hədəfə alır və hədəflər arasında yaşayış binası mövcud deyil".

Araqçi vurğulayıb ki, İranın raket hücumları diqqətlə planlaşdırılır və beynəlxalq hüququn normalarına tam olaraq uyğundur. O əlavə edib ki, ABŞ Prezidentinin İsrailin hücumlarını şərh edərkən “biz” sözündən istifadə etməsi, Vaşinqtonun bu hücumlarda İsraillə əlbir olmasının göstəricisidir.

Araqçi "danışıqlar üçün İrana edilən təkliflərin getdikcə artdığına və İran xalqının müqavimətinin effektivliyinə" diqqət çəkib.

Oxşar xəbərlər

İran XİN: AEBA-nın anti-İran qətnaməsi ABŞ-la danışıqları çətinləşdirəcək
İran XİN başçısının müavini: İsrailin hücumları bitərsə, danışıqlar masasına qayıtmaq ehtimalı var
Araqçi İranın mövqeyini ABŞ-a çatdırmaq üçün Oman tərəfinə təqdim edib
İran xarici işlər naziri Çinə gedir
Abbas Araqçi: İran ABŞ-la fikir ayrılıqlarını danışıqlar yolu ilə həll etməyə çalışır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle