KİV: Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb - YENİLƏNİB - FOTO
sizinxeber.az xəbər saytı

KİV: Hindistanda qəzaya uğrayan təyyarədə Britaniya vətəndaşı sağ qalıb - YENİLƏNİB - FOTO


Xilasedicilər Hindistanın “Air India” aviaşirkətinə aid təyyarənin qəzaya uğradığı yerdə bir nəfərin sağ qaldığını müəyən edib.


Sizinxeber.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Müəyyən edilib ki, qəzadan xilas olan şəxs 40 yaşlı, Hindistan əsilli Böyük Britaniya vətəndaşı Vişvaskumar Rameşdir.

Onun təyyarənin ön hissəsindəki 11A oturacağında əyləşdiyi bildirilib. Hazırda V. Rameşin həyatı üçün təhlükə yoxdur.

Ümumilikdə indiyədək ərazidə 204 meyit aşkar olunub. Axtarış-xilasetmə işləri davam etdirilir.

17:54

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsində bir nəfərin sağ qaldığı məlum olub.

Sizinxeber.az xəbər verir ki, bu barədə yerli media xəbər yayıb.

Qeyd edək ki, Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb. Təyyarə qəzasında göyərtədə olan 242 nəfərin hamısının öldüyü bildirilib.

Oxşar xəbərlər

KİV: Hindistanda qəzaya uğrayan təyyarədə bir nəfər sağ qalıb
Hindistanda 130 nəfərin olduğu sərnişin təyyarəsi qəzaya uğrayıb
Hindistanda “Boeing” təyyarəsinin qəzaya uğradığı yerdə 204 nəfərin meyiti tapılıb - YENİLƏNİB-5
Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı həlak olub - YENİLƏNİB-4
Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb, 133 nəfər həlak olub - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle