Tramp ABŞ-da yaxın müddət ərzində iqtisadi tənəzzül ehtimalını istisna etməyib
sizinxeber.az xəbər saytı

Tramp ABŞ-da yaxın müddət ərzində iqtisadi tənəzzül ehtimalını istisna etməyib


ABŞ Prezidenti Donald Tramp yaxın müddət ərzində ABŞ-ın iqtisadi tənəzzüllə qarşılaşa biləcəyini istisna etməyib. Lakin onun fikrincə, sonda ölkə iqtisadiyyatı qaydasına düşəcək.

APA xəbər verir ki, Tramp bunu NBC telekanalına müsahibəsində deyib.

"Hər şey baş verə bilər. Amma mən düşünürəm ki, biz ölkə tarixində ən güclü iqtisadiyyata sahib olacağıq", – o deyib.

Tramp əlavə edib ki, onu bu məsələ narahat etmir. Çünki ABŞ iqtisadiyyatı keçid dövründədir. Onun fikrincə ölkə iqtisadiyyatı bu dövrdən əla vəziyyətdə çıxacaq.

Qeyd edək ki, daha əvvəl ABŞ-ın sabiq maliyyə naziri Canet Yellen “Financial Times” qəzetinə müsahibəsi zamanı Trampın ticarət siyasəti və tətbiq etdiyi rüsumlar səbəbilə ABŞ-ı tənəzzül təhlükəsi gözlədiyini demişdi.

Oxşar xəbərlər

Tramp Romada Zelenski ilə görüşə bilər
Donald Tramp özünü avtoritar lider hesab etmədiyini bildirib
Tramp "TikTok"a 90 gün möhlət verə biləcəyini açıqlayıb
Tramp: Çin sonda ABŞ-la ticarət sazişi imzalayacaq
Tramp Putinlə mümkün qədər tez görüşmək istədiyini bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər