ABŞ-da gecə klubuna basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrant saxlanılıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
29 
apr
2025
05:50

ABŞ-da gecə klubuna basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrant saxlanılıb

29 apr, 2025
05:50
433

ABŞ-da gecə klubuna basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrant saxlanılıb

ABŞ-ın Kolorado ştatında bir gecə klubuna edilən basqın zamanı 100-dən çox qeyri-qanuni immiqrantın cinayət səbəbi ilə saxlanıldığı açıqlanıb.

APA xəbər verir ki, ABŞ Narkotiklərlə Mübarizə İdarəsindən (DEA) verilən açıqlamaya görə, federal araşdırma çərçivəsində Kolorado Sprinqsdəki əyləncə mərkəzində əməliyyat keçirilib.

Əməliyyat zamanı qeyri-qanuni yollarla ölkədə olduğu və cinayət törətmiş 114 qeyri-qanuni mühacir saxlanılıb və onlar deportasiya olunacaq.

Məlumata görə 300-dən çox polisin iştirakı ilə əməliyyat keçirilən gecə klubunda narkotik alveri, fahişəlik və zorakılığın törədildiyi iddiası ilə aylardır istintaq aparılıb.

Bizimlə əlaqə saxlayın