Husilər 6 həftə ərzində ABŞ-ın 7 PUA-sını vurub
sizinxeber.az xəbər saytı

Husilər 6 həftə ərzində ABŞ-ın 7 PUA-sını vurub


Yəməndəki husilər 6 həftə ərzində ABŞ-ın 7 ədəd “MQ-9 Reaper” PUA-sını vurublar.

Sizinxeber.az xəbər verir ki, adı açıqlanmayan ABŞ rəsmiləri, 6 həftədə vurulan PAU -ların ümumi sayının 7-yə yüksəldiyini və vurulan PUA-ların dəyərinin 200 milyon dolları ötdüyünü deyiblər.

Dünən Pentaqon rəsmilərinin paylaşdığı məlumata görə, husilərin PUA-lara qarşı hücum imkanlarında nəzərəçarpacaq dərəcədə irəliləyiş var.

Qeyd edək ki, “General Atomics” tərəfindən istehsal edilən və təxminən 30 milyon dollar dəyərində olan “MQ-9 Reaper” PUA-ları 40 min futa qədər yüksəklikdə (təxminən 12.100 metr) uça bilir.

Oxşar xəbərlər

Husilər Yəmən üzərində ABŞ-nin “MQ-9 Reaper” dronunun vurulduğunu bildiriblər
Husilər ABŞ-nin daha bir zərbə PUA-sını vurdu - VİDEO
Husilər ABŞ-yə məxsus PUA-nı vurublar
Husilər Yəməndə ABŞ-nin səkkizinci PUA-sını vurduqlarını açıqlayıblar
Husilər ABŞ PUA-sını vurduqlarını iddia ediblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər