KİV: ABŞ Rusiyadan Ukraynanın öz ordusuna malik olma hüququnu tanınmasını istəyir
ABŞ Ukraynada münaqişənin sülh yolu ilə həlli kontekstində Rusiyadan Kiyevin öz ordusu və hərbi sənayesini yaratmağı ilə bağlı hüququnun tanınmasını tələb edir.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.
Məlumata görə, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bu məsələnin Rusiyanın Prezidenti Vladimir Putinlə görüşdə müzakirə olunmasını nəzərdə tutur.
Agentlik həmçinin əlavə edib ki, Vaşinqton Moskvanı Zaporojiya AES-i ABŞ-ın nəzarətinə verməyə və Ukraynanın Dnepr çayı boyunca keçidini təmin etməyə də razı salmaq niyyətindədir.
Məqalədə o da qeyd olunur ki, bu təkliflər hələ tam olaraq təsdiqlənməyib və onlara dəyişikliklərin edilməsi mümkündür.
Oxşar xəbərlər
Tramp Rusiyadan neftə məhdudiyyətlər qoya bilər
Uitkoff: Həm Putin, həm də Tramp Ukraynada döyüşlərin dayandırılmasını dəstəkləyir
Kuleba: Biz heç vaxt Rusiyadan başqa heç bir ölkənin nizami ordusuna qarşı hərəkət etməmişik
AEBA Rusiyadan "Zaporojye" AES-i Ukraynanın nəzarətinə qaytarmağı tələb edib
Livan Rusiyadan diplomatik yardım istəyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













