ABŞ tərəfi Ukrayna üzrə sülh planını təqdim edib
sizinxeber.az xəbər saytı

ABŞ tərəfi Ukrayna üzrə sülh planını təqdim edib


ABŞ Rusiya ilə Ukrayna arasında sülh üzrə planını təqdim edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.

Bildirilib ki, sənəd ilk növbədə tərəflərin sülh razılaşmasını əldə etməsini yaxınlaşdırmaq üçün Rusiya tərəfinə tətbiq edilən sanksiyaların bir qədər yumşaldılmasını nəzərdə tutur.

Təkliflər paketi aprelin 17-də Fransa prezidenti Emmanuel Makronla ABŞ-nin danışıqlardakı təmsilçisi Stiv Vitkoffun müzakirə mövzularından olub. Eyni zamanda, ABŞ-ın dövlət katibi Marko Rubio onu təhlükəsizlik üzrə müşavirləri ilə nəzərdən keçirib.

Avropa İttifaqındakı (Aİ) mənbələr bildirib ki, Vaşinqtonun təklifinə əsasən, münaqişə bir il müddətində dondurulmuş sayılacaq, hazırda Rusiyanın nəzarətində olan Ukrayna əraziləri ətrafındakı vəziyyət isə dəyişməz qalacaq.

Eyni zamanda, Ukraynanın NATO-ya üzvlüyü məsələsinin də gündəlikdən çıxarılması nəzərdə tutulur.

O ki qaldı Rusiyanın aktivlərinin bu ölkəyə qaytarılması, Aİ ölkələri bu məsələdə hələlik ortaq məxrəcə gələ bilmir. Çünki bunun üçün yekdil mövqenin nümayişi zəruridir. Plan Rusiyanın da üzərinə müəyyən öhdəliklər qoyur. Onlardan biri rəsmi Moskvanın hərbi əməliyyatların dayandırılması ilə razılaşması ilə bağlıdır.

Təkliflər paketində planın həyata keçirilməsi üçün Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi zəruri müddəa kimi müəyyən edilib.

Bu arada, ABŞ-ın dövlət katibi Marko Rubio nəticə əldə edilməsə ölkəsinin ənənəvi siyasətini davam etdirəcəyi barədə açıqlama verib. Ondan fərqli olaraq, Vitse-Prezident JD Vens isə müharibəni başa çatdırılması məsələsinə nikbin yanaşdığını deyib.

Oxşar xəbərlər

Rubio: ABŞ-da məsləhətləşmələr göstərdi ki, Rusiya - Ukrayna sülhü mümkündür
Ərdoğan Makronla Rusiya-Ukrayna münaqişəsini müzakirə edib
Kelloq yaxın həftələrdə Trampa Ukrayna planını təqdim edə bilər
Rubio Ukrayna tərəfi ilə Fransada baş tutan təmaslar barədə Lavrovu məlumatlandırıb
Zelenski Tramp və Makronla görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər