ABŞ-da “iPhone”un istehsalının dəyəri hesablanıb
sizinxeber.az xəbər saytı

ABŞ-da “iPhone”un istehsalının dəyəri hesablanıb


Əgər “iPhone” ABŞ-da istehsal olunmağa başlansa, onun qiyməti üç dəfə artacaq.

APA xəbər verir ki, bu haqda CNN “Wedbush” investisiya şirkətinin hesablamalarına istinadən məlumat yayıb.

Məlumatda deyilir ki, əgər “Apple” şirkəti öz mobil telefonlarını Qərbi Virciniya və ya Nyu-Cersidəki zavodda istehsal etmək qərarına gəlsə, cihazın qiyməti 3500 dollar olacaq.

Məlumatda həmçinin qeyd olunur ki, əgər şirkət istehsalının yalnız 10 faizini ABŞ-a köçürsə, bu, üç il vaxta və 30 milyard dollara başa gələcək.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Çindən idxal olunan mallara tətbiq olunan rüsumları 125 faizə qaldırdığını açıqlayıb.

Oxşar xəbərlər

Tramp: Gömrük rüsumları ABŞ-a gündəlik 2 milyard dollar qazandırır
Azercell “iPhone 16”nı təqdim edib
"iPhone"un daha nazik versiyası buraxılacaq - Bu TARİXDƏ
Ən yaxşı kameralı iPhone modelləri açıqlandı
“Bakcell” dən “iPhone 16” qazanmaq şansı!

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər