ABŞ-da prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib
sizinxeber.az xəbər saytı

ABŞ-da prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib


ABŞ-da başda paytaxt Vaşinqton və Nyu-York olmaqla bir neçə şəhərdə prezident Donald Tramp əleyhinə etiraz aksiyaları keçirilib.

APA xarici mətbuata istinadən xəbər verir ki, "Əllərinizi çəkin" devizi altında keçirilən nümayişlərdə on minlərlə vətəndaş iştirak edib.

Vaşinqton Abidə Parkına toplaşan minlərlə insan Tramp administrasiyasının siyasətinə etiraz ediblər.

Nümayişçilər həmçinin Trampın Hökumətin Səmərəliliyi Departamentinə (DOGE) rəhbər təyin etdiyi milyarder iş adamı İlon Maskın siyasətinə də etiraz ediblər.

Minlərlə nümayişçi isə Vaşinqtonda Konqres binasının qarşısındakı “National Mall” sahəsinə toplaşaraq, əllərində Fələstin bayraqları ilə İsrailin Qəzzaya hücumlarına etiraz edərək Fələstini dəstəkləyib.

Oxşar xəbərlər

İsrailin bir sıra şəhərlərində etiraz aksiyaları başlayıb
ABŞ-nin bir neçə ştatında Trampın siyasətinə qarşı etiraz aksiyaları keçiriləcək
Almaniyada 100 minədək nümayişçi AfD-yə qarşı etiraz mitinqləri keçirib
Fransada Makrona qarşı etiraz aksiyası keçirilir
Paytaxt Tbilisidə etiraz aksiyaları davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər