KİV: Donald Tramp Pasxa bayramınadək Ukraynada atəşkəsə nail ola bilməyəcək
ABŞ Prezidenti Donald Tramp Pasxa bayramınadək Ukraynada atəşkəsə nail ola bilməyəcək.
Sizinxeber.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “Telegraf” nəşri Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.
Ağ Ev rəsmisi “Tramp administrasiyasının Kremlin ləngitmə taktikalarından yorulduğunu”, Moskva və Kiyevə münaqişənin təzminləməsi üçün təzyiqləri artırmağa hazırlaşdığını əlavə edib.
Qeyd olunub ki, Tramp prezidentliyinin əvvəlində aprel və ya may ayınadək Ukraynada tam atəşkəsə nail olunması və bunun ardınca davamlı sülh əldə edilməsi hədəfləri qoyub.
Lakin yüksək vəzifəli Ağ Ev rəsmiləri atəşkəsə qarşıdakı aylarda da nail olunması ehtimalının olmadığını, müharibənin davam edəcəyini bildiriblər.
Donald Tramp seçki kampaniyası zamanı Ukraynada müharibəyə prezidentlik səlahiyyətlərinin icrasından sonra 24 saat ərzində son qoyacağını bildirsə də, 4-cü aya keçən sülhyaratma fəaliyyətləri hələlik konkret nəticə verməyib.
Oxşar xəbərlər
Tramp administrasiyası Pasxa bayramına qədər Ukraynada atəşkəsə nail olmaq istəyir
Tramp və Şolz Ukraynada davam edən müharibəni müzakirə ediblər
Tramp prezidentliyinin ilk günündə Ukraynada atəşkəsin əldə olunmasına köklənib
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













