ABŞ PUA istehsalında İrana kömək etdiyinə görə altı şirkətə sanksiya tətbiq edib
ABŞ İrana pilotsuz uçuş aparatları və silah istehsalında dəstək verdiyini iddia edilən altı qurum və iki fiziki şəxsə qarşı sanksiyalar tətbiq edib.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir.
Sənədə əsasən, məhdudiyyətlər İran, BƏƏ və Çində “Qods Aviation Industries” şirkəti üçün pilotsuz təyyarə hissələrinin alınmasından cavabdeh olan altı qurum və iki fiziki şəxsdən ibarət şəbəkəyə şamil ediləcək.
ABŞ-ın məlumatına görə, “Qods Aviation Industries” şirkəti İranda PUA istehsalı ilə məşğuldur.
Sanksiyalar BƏƏ-də yerləşən “Infracom Communication Networks FZE”, “Diamond Castle Electronics Trading”, “Phenomena International General Trading” və “Future Trends Goods Wholesalers LLC” şirkətlərini, həmçinin Çinin “Zibo Shenbo Machinelectronics” və İranın “Rah Roshd International Trade Exchanges Development” şirkətlərini, həmçinin şirkətin iki əməkdaşını hədəfləyir.
Oxşar xəbərlər
Böyük Britaniya Rusiya və İrana qarşı yeni sanksiyaları açıqlayıb - YENİLƏNİB
Aİ İrana Rusiyaya raket tədarükünə görə sanksiyalar tətbiq edib
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib
ABŞ doqquz neft tankerini İrana qarşı sanksiyalar siyahısına daxil edib
ABŞ Dmitri Kiselyov və “Rossiya Seqodnya”ya qarşı sanksiyalar tətbiq edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













