Trampın müşaviri: Zelenski sülh müqaviləsi bağlamaq barədə danışmağa hazır deyil
sizinxeber.az xəbər saytı

Trampın müşaviri: Zelenski sülh müqaviləsi bağlamaq barədə danışmağa hazır deyil


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh müqaviləsi bağlamaq barədə danışmağa qətiyyən hazır deyil.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals “Fox News” telekanalına müsahibəsində deyib.

“Problem budur: Zaman onun tərəfində deyil. Zaman bu münaqişənin əbədi olaraq davam etməsinin tərəfində deyil”, - o qeyd edib.

Vals bildirib ki, Ağ Ev Zelenskinin Ukraynadakı döyüşlərə son qoymaq üçün lazım olan kompromisləri etmək istəyini görmür: “Zelenski Ukraynada müharibəni dayandırmaq üçün lazımi addımları atmalı və lazımi güzəştləri təklif etməlidir”.

O vurğulayıb ki, Vaşinqton Zelenski ilə danışıqları bərpa etməyə hazırdır, lakin o, sülhə sadiqliyini nümayiş etdirməlidir.

Oxşar xəbərlər

Kreml: Putin Zelenski ilə danışıqlara hazırdır
Tramp: Zelenski mələk deyil, bu müharibənin başlamasına icazə verməməli idi
Zelenski: Özümü Trampın qarşısında günahkar saymıram
Ukrayna Prezidenti: Xalqıma müqaviməti dayandırın əmrini verə bilmərəm
Rusiya Prezidenti: Zelenski Moskva ilə danışıqlara qadağa qoymaqla özünü çıxılmaz vəziyyətə salıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər