Nikaraqua BMT-nin İnsan Haqları Şurasından çıxır
sizinxeber.az xəbər saytı

Nikaraqua BMT-nin İnsan Haqları Şurasından çıxır


Nikaraqua öz suverenliyinə hörmətsizlik və BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının qərəzli yanaşmasına görə BMT-nin İnsan Hüquqları Şurasından çıxır.

APA xəbər verir ki, bu barədə Nikaraquanın xarici işlər naziri Valdrak Centskenin BMT-nin İnsan Hüquqları Şurasının sədri Yurq Lauberə ünvanladığı məktubda deyilir.

"Nikaraqua üçün bu hörmətsiz mexanizmlər öz təbiətini və mahiyyətini itirib. Biz onları tanımırıq və özümüzü suverenliyin, dövlətlərin bərabərliyinin və xalqların ləyaqətinin pozulmasının bir hissəsi və ya ortaqları hesab etmirik. Bu səbəbdən Nikaraqua özünün suveren və yekun qərarını Şuranın İnsan Hüquqları portalından çıxarmaq barədə dərc olunmuş mesajını quruma çatdırır", - məktubda deyilir.

Oxşar xəbərlər

Qərbi Azərbaycan İcması Ümumdünya İnsan Hüquqları Günü münasibətilə bəyanat yayıb
İsrail BMT-nin İnsan Hüquqları Şurasından çıxdığını açıqlayıb
“Vətəndaşların seçki hüququnun təmini” mövzusunda Dəyirmi Masa təşkil edilib
Azərbaycan XİN ABŞ dövlət katibi Antoni Blinkenin bəyanatını rədd edib
Ombudsman 2024-cü il üzrə məruzəsini təqdim edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər