USAID-in iki işçisinə məhdudiyyət tətbiq edilib
sizinxeber.az xəbər saytı

USAID-in iki işçisinə məhdudiyyət tətbiq edilib



ABŞ Beynəlxalq İnkişaf Agentliyinin iki yüksək səviyyəli təhlükəsizlik məmuruna DOGE əməkdaşları tərəfindən girişlə bağlı məhdudiyyət tətbiq edilib.

Sizinxeber.az xəbər verir ki, bu barədə CNN müxbir Aleks Marquartın hazırladığı reportajda bildirilir.

Reportajda ABŞ Hökumətinin Səmərəliliyi departamentinin rəhbəri Elon Maskın DOGE şirkəti əməkdaşlarının hədə-qorxu yolu ilə USAID şirkətinin sisteminə daxil olmağa cəhd etdikləri bildirilir.

Onlar bunun üçün təhlükəsizlik əməkdaşlarına hədə-qorxu gəlib və USAID-in qərargahına daxil olub onların sistemlərinə daxil olmağa cəhd göstərdikləri vurğulanıb.

USAID-in təhlükəsizlik məsələləri üzrə 2 yüksək rütbəli işçisi, rəhbəri Con Vorhis və onun müavini girişə icazə verməkdən imtina etdikləri üçün hazırda inzibati məzuniyyətə buraxıldıqlarını bildirilib. Hadisə ilə bağlı araşdırma aparılır.

Nəzərdə tutulan sistemdə xüsusi məhdudlaşdırılmış məlumatlar, yüksək məxfilik sənədləri, şəxsi sinifləşdirilmiş informasiya qovluqları yer alır.

Bununla belə, bir çox USAID işçisi qurumun ləğv olunma təhlükəsi ilə üz-üzə qaldıqlarını diqqətə çatdırıb.

Daha öncə Elon Mask X sosial şəbəkəsindəki paylaşımında USAID-in cinayətkar təşkilat olduğunu və ləğvedilmə vaxtının gəldiyini bildirmişdi.

Qurumun bağlanmasının digər bir səbəbi isə Agentliyin əksər işçilərinin demokratlardan təşkil olunması ilə bağlıdır. Donald Trampın Respublikaçılar Partiyasının aparıcı siması olduğunu nəzərə alaraq bu qərarın qaynağı göz önündədir.

2-3 fevral tarixlərində USAID-in həm rəsmi saytı, həm X sosial şəbəkə hesabı bağlanıb.
Hazırda Agentliyin veb səhifəsi yalnız ABŞ Dövlət Departamentinin saytı daxilində mövcuddur. Bu da sözügedən qurumun ABŞ hökuməti tərəfindən tamamilə ləğv olunması təhlükəsini və dövlət nəzarəti altına salınması riskini artıran amillərdəndir.

Agentliyin sabiq rəhbərləri bu qərarın yanlış olduğunu, USAID-in dünya üçün əhəmiyyətli təşkilat kimi fəaliyyət göstərdiyini, 100-dən çox ölkəyə, əlçatmaz ərazilərə yardımlar göndərdiklərini bildiriblər.

Oxşar xəbərlər

USAID rəsmiləri DOGE ilə münaqişədən sonra məzuniyyətə göndəriliblər
Mask USAID-in ləğv prosesinin başlandığını bildirib
Dövlət Departamenti: USAID-in maliyyələşməsinin əksər hissəsi ABŞ-nin maraqlarına cavab vermir
Tramp administrasiyası 60-a yaxın USAID rəsmisini məzuniyyətə göndərib
USAID-in internet saytı və onun X hesabı Trampın əmrindən sonra bağlanır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər