Vaşinqtonda helikopterlə toqquşan sərnişin təyyarəsi çaya düşüb, 60-a qədər ölən var - VİDEO - YENİLƏNİB
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
APA "The Washington Post"a istinadən xəbər verir ki, polis ölənlərin sayını açıqlamadan bir neçə cəsədi çaydan çıxarıb.
Merilend rəsmiləri qəza yerinə dalğıclar göndərib.
***
08:05
Vaşinqtonun Reyqan Milli Hava Limanı yaxınlığında sərnişin təyyarəsi “Blackhawk” helikopteri ilə toqquşaraq Potomak çayına düşüb.
APA xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Məlumata görə, təyyarənin göyərtəsində 60 sərnişin olub.
“NBC News”un məlumatına görə, qəzaya uğrayan təyyarədə azı 4 nəfər sağ qalıb, onlar xəstəxanaya aparılıb.
“Reuters” isə helikopterdə üç hərbçinin olduğunu bildirib.
FTB-nin Vaşinqtondakı yüksək rütbəli rəsmisinin sözlərinə görə, baş verən hadisədə terror əlaməti yoxdur.
Oxşar xəbərlər
ABŞ-də sərnişin təyyarəsi helikopterlə toqquşub, ölənlər və yaralılar var - YENİLƏNİB
ABŞ-də sərnişin təyyarəsi hərbi helikopterlə toqquşub
Türkiyədə sərnişin təyyarəsi uçuş-enmə zolağından çıxıb
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb
AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
Prezidentin köməkçisi: "İcra hakimiyyətləri qarşısında yeni vəzifələr müəyyən edilib"
-
Azercell və "Samsung"dan yeni kampaniya!
