AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb
sizinxeber.az xəbər saytı

AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”larının oxunmasına başlanılıb


Dekabrın 25-də Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayan Braziliya istehsalı olan “Azərbaycan Hava Yolları”ına məxsus “Embraer 190" təyyarəsinin “qara qutu”larının təhlili başlayıb.

APA xəbər verir ki, bu barədə Brazilya mediası məlumat yayıb.

“Qutu”ların təhlilini Braziliya Aviasiya Qəzalarının Araşdırılması və Qarşısının Alınması Mərkəzinin (CENIPA) mütəxəssisləri aparır.

Bildirilib ki, “qara qutu”lar mühüm məlumatlar və səs yazıları ehtiva edir ki, bunlar hadisənin səbəbini müəyyən etmək üçün vacibdir.

Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 5 ekipaj üzvü və 62 sərnişin olmaqla, ümumilikdə 67 nəfər olub. Qəza nəticəsində 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Sağ qalanların 14-ü Azərbaycan, 10-u Rusiya, 2-i Qırğızıstan vətəndaşıdır.

Oxşar xəbərlər

Tokayev: AZAL-ın qəzaya uğrayan təyyarəsinin “qara qutu”sunun Braziliyaya göndərilməsi ədalətli qərardır
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb
Qazaxıstanda təyyarənin qəzaya uğradığı yerdə qara qutu tapılıb
Samir Rzayev: Qara qutunun oxunması qanunvericiliyə uyğun aparılacaq
AZAL-ın prezidenti: Təyyarədə texniki nasazlıq olmayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər