ABŞ bütün xarici yardımların maliyyələşdirilməsini dayandırmaq qərarına gəlib
ABŞ dövlət katibi Marko Rubio Ukrayna da daxil olmaqla, demək olar ki, bütün xarici yardımların 90 gün müddətinə dondurulmasını ilə bağlı tapşırıq verib.
APA xəbər verir ki, bu barədə “Politico” öz mənbələrinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, İsrail və Misirə dəstək istisna olacaq. Dövlət Departamentinin rəsmilərinə bütün qalan proqramları dayandırmaq tapşırılıb.
Nəşr vurğulayır ki, maliyyələşdirmənin bərpası və ya birdəfəlik dayandırılması barədə qərar proqramları öyrəndikdən sonra şəxsən Rubio tərəfindən veriləcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Amerikanın Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasını istisna etməyib.
O qeyd edib ki, Avropa İttifaqı Ukraynaya yardımı artırmalıdır.
Oxşar xəbərlər
Hakan Fidan ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb
Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb
Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir
Blinken: "Ukraynaya hərbi yardım üçün pulumuz demək olar tükənib"
Rubio: ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













