Rubio: ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir
Donald Trampın administrasiyası Hindistanla iqtisadi əlaqələri inkişaf etdirəcək.
APA Dövlət Departamentinin mətbuat xidmətinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Vaşinqtonda Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşündə deyib.
Təmaslar zamanı tərəflər ABŞ-Hindistan tərəfdaşlığını daha da gücləndirmək üçün ortaq öhdəliklərini təsdiqləyiblər.
“Onlar regional problemlər və ABŞ-Hindistan əlaqələrinin daha da dərinləşdirilməsi imkanları da daxil olmaqla geniş mövzuları müzakirə ediblər, xüsusən də inkişaf etməkdə olan texnologiyalar, müdafiə sahəsində əməkdaşlıq, enerji və azad və açıq Hind-Sakit Okeanın inkişafı sahələrində”, - məlumatda deyilir.
Oxşar xəbərlər
Hindistanla Yaponiya təhlükəsizlik və kosmik sahədə əlaqələri gücləndirir
Blinken Trampın dövlət katibi vəzifəsinə namizədi Rubio ilə görüşüb
İrakli Kobaxidze: Gürcüstan üçün regional əməkdaşlıq çox vacibdir
Rubio: ABŞ Ukrayna münaqişəsinə son qoymaq istəyir
Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













