Blinken və Makron Ukrayna, Suriya və Qəzzanı müzakirə ediblər
ABŞ dövlət katibi Entoni Blinken və Fransa prezidenti Emmanuel Makron Parisdə görüş zamanı Ukrayna, Suriya və Qəzza zolağındakı vəziyyəti müzakirə ediblər.
Sizinxeber.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin bəyanatında deyilir.
“Dövlət katibi Blinken bu gün Parisdə Fransa prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər Rusiyanın təcavüzü qarşısında Ukraynaya davamlı dəstəyimizi müzakirə edib, eləcə də Çinin Rusiyanın müdafiə sənayesi bazasına dəstəyi ilə bağlı narahatlığı ifadə ediblər”, - Miller vurğulayıb.
Yaxın Şərqlə bağlı rəsmilər Suriyada keçid prosesinin əhəmiyyəti ətrafında fikir mübadiləsi aparıblar.
“Onlar həmçinin Qəzzada bütün girovların heç bir gecikmə olmadan azad edilməsini təmin edəcək atəşkəs razılaşmasının əldə edilməsinin vacibliyini müzakirə ediblər”, - bəyanatda deyilir.
Oxşar xəbərlər
Entoni Blinken Britaniyaya səfər edəcək
Blinken israilli nazirlə Qəzzadakı vəziyyəti müzakirə edib
ABŞ və Misirin baş diplomatları Qəzza və Suriyadakı vəziyyəti müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İtkin şəhidimiz “Rəşadət” ordeni ilə təltif edildi - FOTO
-
FIFA Qətər millisinin futbolçusu Asim Madibonu 5 oyunluq cəzalandırıb
-
Rusiya ordusu Kiyevə ballistik raketlə hücum edib
-
Vens: ABŞ-la İran arasında birbaşa hərbi əlaqə kanalı yaradılacaq
-
AŞPA siyasi sifarişlərin həyata keçirildiyi məkana çevrilib - RƏY
-
Dünya Bankı Ukraynaya 3,4 milyard dollar ayıracaq
