Trampa məxsus otelin qarşısında Tesla “Cybertruck”ın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb  - VİDEO
sizinxeber.az xəbər saytı

Trampa məxsus otelin qarşısında Tesla “Cybertruck”ın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb - VİDEO


ABŞ-nin Nevada ştatının Las-Veqas şəhərində ölkənin yeni seçilmiş prezidenti Donald Trampa məxsus 64 mərtəbəli “Trump İnternational” otelinin qarşısında Tesla Cybertruck” markalı pikapın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb.

Sizinxeber.az xəbər verir ki, bu barədə Las-Veqasın polis rəisi Kevin Makmehill televiziya kanalında yayımlanan mətbuat konfransında bildirib.

““Cybertruck” otelin qapıları qarşısında dayandıqdan sonra biz maşından tüstü çıxdığını gördük, sonra isə güclü partlayış oldu. Onun sözlərinə görə, “Cybertruck”da olan şəxs həlak olub. “Partlayış nəticəsində 7 nəfər yaralanıb”, deyə o bildirib.

Hüquq-mühafizə orqanları hadisəni potensial terror hücumu kimi araşdırır. Hələlik partlayışın dəqiq səbəbi müəyyən edilməyib. Lakin avtomobildə pirotexniki vasitələr olub.

Hüquq-mühafizə orqanları ölən sürücünün partlayışı qəsdən törədib-törətmədiyini müəyyən etməyə çalışır.

Oxşar xəbərlər

Trampa məxsus otelin qarşısında Tesla “Cybertruck”ın partlaması nəticəsində bir nəfər ölüb, 7 nəfər yaralanıb
Las-Veqasdakı “Cybertruck” partlayışı potensial terror aktı kimi təhqiq ediləcək
Rusiya Baş prokuroru: Terror hücumundan müdafiədə boşluqlara yol verilib
Polşada partlayış nəticəsində iki nəfər ölüb, yaralılar var
Əfqanıstanda polis maşınının partlaması nəticəsində 6 nəfər ölüb, 5 nəfər yaralanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər