sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Mask noyabr ayından Trampın Floridadakı malikanəsindəki kotteclərdən birində yaşayır
2024-cü ilin noyabr ayından etibarən İlon Mask ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Mar-a-Laqoda (Florida) malikanəsində kirayə verilən kotteclərdən birində daimi yaşamağa başlayıb.
APA xəbər verir ki, bu barədə “The New York Times” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın ən yaxın adamlarından biri olan Mask, Respublikaçının prezident seçkilərində qələbəsindən dərhal sonra siyasətçinin iqamətgahından bir neçə yüz fut aralıda yaşamağa başlayıb.
Bu addım Maska Trampla şəxsən asanlıqla ünsiyyət qurmağa, o cümlədən ABŞ-nin seçilmiş prezidenti ilə şam yeməyinə qatılmağa imkan verir.
Oxşar xəbərlər
Viktor Orban Floridada Donald Tramp və İlon Maskla görüşüb
Mask ABŞ seçkilərinin nəticələrini Trampla birlikdə izləyəcək
İlon Mask Trampın administrasiyasında təmsil olunmaq istəyir
Tramp Argentina prezidenti ilə görüşüb
İlon Mask “Google”un ABŞ-da seçkilərə müdaxilə etdiyini iddia edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin









