sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
KİV: Tramp NATO üzvlərindən müdafiə xərclərini ÜDM-nin 5%-ə çatdırmağı tələb edəcək
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp NATO ölkələrindən müdafiə xərclərini ümumi daxili məhsulun (ÜDM) 5%-nə çatdırmağı tələb edəcək.
Sizinxeber.az xəbər verir ki, “Financial Times” onun bu barədə bəzi Avropa rəsmilərini nümayəndələri vasitəsilə məlumatlandırdığını yazıb.
Nəşrin mənbələri qeyd edib ki, Tramp son nəticədə bu rəqəmin indiki 2%-dən 3,5%-ə çatdırılması ilə razılaşa bilər.
Mənbələr onu da bildiriblər ki, Tramp seçki kampaniyası zamanı verdiyi açıqlamalara baxmayaraq, Ukraynaya hərbi yardımı davam etdirmək niyyətindədir.
Oxşar xəbərlər
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb
KİV: Tramp və Harris arasındakı debatda nokaut qeydə alınmayıb
Trampın seçilməsi Kanadanın müdafiə xərclərini artırmasına təsir etməyəcək
Tramp Ağ Evə gələrək Baydenlə görüşüb
Tramp və Şolz Ukraynada davam edən müharibəni müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













